Möhtəşəm seriya 39 oyuna çatdı!

14.09.2026 23:54 36
Dünya futbolu
“Bavariya”nın Çempionlar Liqasındakı möhtəşəm seriyası davam edir.

"Football-plus.az" xəbər verir ki, Almaniya klubu liqa mərhələsinin ilk turunda “Bude/Qlimt”i 5:0 hesabı ilə məğlub edib. Bununla da münhenlilərin turnirin qrup və liqa mərhələlərində ev oyunlarındakı məğlubiyyətsiz seriyası 39 matça çatıb. “Bavariya” bu oyunlarda 37 qələbə qazanıb, 2 dəfə isə heç-heçə edib.

“Squawka”nın məlumatına görə, Almaniya klubunun bu rekordu 13 ildi davam edir.