La Liqada hamını qabaqladı

14.09.2026 23:22 18
Dünya futbolu
İspaniya La Liqasında avqustun ən yaxşı futbolçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyada Rafinya qalib gəlib. “Barselona”nın hücumçusu ötən ay ölkə çempionatında keçirdiyi 3 oyunda 5 qol vurub. Braziliyalı futbolçu “Elçe” (5:0) və “Rayo Valyekano” (5:2) ilə matçlarda dubl edib, “Atletik”lə (2:0) oyunda isə bir qol vurub.

29 yaşlı Rafinya ayın ən yaxşı futbolçusunu müəyyənləşdirən səsvermədə Aleks Baena (Atletiko), Pyer-Emerik Obameyanq, Cud Bellingem (Real), (Deportivo) və Nahuel Tenalyanı (Alaves) arxada qoyub.