Yığmamız Latviya ilə qarşılaşacaq

7.06.2023 10:31 409
Yığma
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq oyunları çəçivəsində iki oyun keçirəcək.

"Football-plus.az" AFFA-nın saytına istinadən xəbər verir ki, millimiz iyulun 14-də və 17-də Latviya yığması ilə qarşılaşacaq.

Latviyanın paytaxtı Riqadakı Yanis Skredeļis stadionunda keçiriləcək hər iki oyun Bakı vaxtı ilə saat 17.00-da başlayacaq.