U-21 millimiz iki yoldaşlıq oyunu keçirəcək

1.05.2023 11:34 293
Yığma
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi iyun ayında iki yoldaşlıq oyunu keçirəcək.

"Football-plus.az" AFFA-nın saytına istinadən xəbər verir ki, Samir Əliyevin komandası Türkiyə və Qırğızıstanla qarşılaşacaq.

Türkiyə ilə oyun iyunun 17-də İstanbulda, Qırğızıstanla görüş isə iyunun 20-də Bakıda olacaq.