Millimizin İslamiadada ilk oyununun vaxtı dəyişdi

8.08.2022 09:32 461
Yığma
23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 5-ci İslam Həmrəyliyi Oyunlarında bu gün ilk oyununu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, millimiz Səudiyyə Ərəbistanı yığmasının müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. “Konya Cumhuriyet” stadionunda keçiriləcək qarşılaşma əvvəldən nəzərdə tutulduğu kimi saat 18.00-da yox, 17.00-da başlayacaq.

Azərbaycan yığması A qrupunda İran və Mərakeşlə də qarşılaşacaq.