Yığmamız iki yoldaşlıq oyunu keçirəcək

24.10.2022 18:39 463
Yığma
Noyabrın 15-dən 21-dək Türkiyənin Antalya şəhərində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının təlim-məşq toplanışı olacaq.

Millimiz hazırlıq çərçivəsində noyabrın 17-də Macarıstan, 20-də isə İsveçin müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək. Hər iki qarşılaşma Bakı vaxtı ilə saat 20.00-da başlayacaq.