Həmçinin "Red Black Army" fanklubunun üzvləri meydana daxil olduğuna, rəsmi şəxsləri təhqir etdiyinə və kənar əşyalar atdıqlarına görə “Qəbələ” növbəti ev oyununu azarkeşsiz keçirəcək..
"Football-plus.az" saytı olaraq bununla bağlı "Qəbələ"nin mətbuat katibi Anar Hacıyevlə danışdıq:
"Azarkeş qrupumuz ara qarışdıran hərəkətlər etməyib. Sadəcə, oyun zamanı lehimizə müəmmalı penalti epizodu olub. Mən həmin epizoda baxmamışam, ona görə dəqiq deyə bilmərəm, 11 metrlik cərimə zərbəsi var idi, ya yox. Azarkeşlərin matç zamanı etirazı həmin epizodla bağlı idi. Bu da düşünürəm ki, normal bir haldı. Çünki dünya futbolunda azarkeşlərin belə narazılıqları tez-tez baş verir".
ABDULLA İSMAYILOĞLU






