İntizam Komitəsinin iclası keçirildi

3.05.2023 17:31 354
Ölkə futbolu
İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:

26.04.2023-cü il tarixində Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Neftçi” – “Turan Tovuz” oyununda meydan sahibi komandanın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Neftçi” klubu 1600 manat cərimə edilir (maddə 51.1);

“Neftçi” – “Turan Tovuz” oyununda meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 1600 manat cərimə edilir (maddə 49.2);

“Neftçi” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya və dəhlizə “A Buraxılışı” olmayan şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilir (maddə 49.6);

“Neftçi” – “Turan Tovuz” oyununda “Turan Tovuz” futbolçularının ünvanına “Neftçi” azarkeşləri tərəfindən kütləvi şəkildə qeyri-etik ifadələr işlədildiyinə görə “Neftçi” klubu 4000 manat cərimə edilir (maddə 41.7);

“Neftçi” – “Turan Tovuz” oyununun 90+8-ci dəqiqəsində “Neftçi” klubunun tərcüməçisi Vüqar Əliyev qonaq komandanın rəsmi şəxslərinə qarşı qeyri-etik ifadə və hərəkətlər etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün Azərbaycan Kubokunda 5 oyun cəzalanır, klubu 4000 manat cərimə edilir (maddə 41.4);

27.04.2023-cü il tarixində Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Səbail” – “Qəbələ” oyununda “Səbail” klubunun futbolçusu Vüqar Həsənov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 200 manat cərimə edilir (maddə 47.1);

“Səbail” – “Qəbələ” oyununda “Səbail” klubunun futbolçusu Qustavo de Fransa ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 200 manat cərimə edilir (maddə 47.1);

“Səbail” – “Qəbələ” oyununda “Səbail” klubunun futbolçusu Adil Nağıyev ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 200 manat cərimə edilir (maddə 47.1);

“Səbail” – “Qəbələ” oyununda “Səbail” klubunun 3 futbolçusu qırmızı vərəqə aldığına görə “Səbail” klubu 4800 manat cərimə edilir (maddə 40);

“Səbail” – “Qəbələ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Səbail” klubu 1600 manat cərimə edilir (maddə 49.2);

“Səbail” – “Qəbələ” oyunu bitdikdən sonra meydançaya kənar əşyalar atıldığına görə “Səbail” klubu 1600 manat cərimə edilir (maddə 51.1);

“Səbail” – “Qəbələ” oyununda matçın rəsmi şəxslərinin ünvanına “Səbail” azarkeşləri tərəfindən kütləvi şəkildə qeyri-etik ifadələr işlədildiyinə görə “Səbail” klubu 4000 manat cərimə edilir (maddə 41.7);

“Səbail” – “Qəbələ” oyunu bitdikdən sonra “Qəbələ” azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə “Qəbələ” klubu 800 manat cərimə edilir (maddə 51.2);

“Səbail” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qəbələ” klubu 800 manat cərimə edilir (maddə 39);

29.04.2023-cü il tarixində Misli premyer-liqasının 32-ci turunun “Kəpəz” – “Sumqayıt” oyununda rəqib futbolçuların ünvanına “Kəpəz” azarkeşləri tərəfindən kütləvi şəkildə qeyri-etik ifadələrin işlədilməsinə görə “Kəpəz” klubu 4000 manat cərimə edilir (maddə 41.7);

“Kəpəz” – “Sumqayıt” oyununda “Kəpəz” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Kəpəz” klubu 1600 manat cərimə edilir (maddə 51.1);

29.04.2023-cü il tarixində Misli premyer-liqasının 32-ci turunun “Sabah” – “Şamaxı” oyununda “Sabah” klubunun baş məşqçisi Murad Musayev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 800 manat cərimə edilir (maddə 47.3);

“Sabah” – “Şamaxı” oyunu bitdikdən sonra “Sabah” klubunun məşqçisi Vitaliy Kovalyov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə edilir (maddə 47.3);

“Sabah” – “Şamaxı” oyununda meydançaya kənar əşya atıldığına görə “Sabah” klubu 1600 manat cərimə edilir (maddə 51.1);

01.05.2023-cü il tarixində Misli premyer-liqasının 32-ci turunun “Zirə” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 800 manat cərimə edilir (maddə 39).

02.05.2023-cü il tarixində Misli premyer-liqasının 32-ci turunun “Neftçi” – “Qarabağ” oyununda “Neftçi” klubunun futbolçusu Voyislav Stankoviç təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə edilir (maddə 37.1);

“Neftçi” – “Qarabağ” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya yad əşya atıldığına görə “Neftçi” klubu 1600 manat cərimə edilir (maddə 51.1);

“Neftçi” – “Qarabağ” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə rəqib futbolçuların ünvanına qeyri-etik ifadələr işlədildiyinə görə “Neftçi” klubu 4000 manat cərimə edilir (maddə 41.7);

“Neftçi” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Neftçi” klubu 1600 manat cərimə edilir (maddə 49.2);

“Neftçi” – “Qarabağ” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya yad əşya atıldığına görə “Qarabağ” klubu 1600 manat cərimə edilir (maddə 51.1);

“Neftçi” – “Qarabağ” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə rəqib futbolçuların ünvanına qeyri-etik ifadələr işlədildiyinə görə “Qarabağ” klubu 4000 manat cərimə edilir (maddə 41.7).