"Qəbələ"nin məşqçisi AFFA nümayəndəsini niyə təhqir edib? - AÇIQLAMA

21.05.2023 10:51 380
Premyer-liqa / Manşet
Birinci divizionun 29-cu turunda “Zaqatala” – “Qəbələ-2” oyunu bitdikdən sonra qonaqların qapıçılar üzrə məşqçisi Elçin Rzazadə oyunun rəsmi şəxslərinə qarşı qeyri-etik ifadələr işlətdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanıb.

Komandası isə 400 manat "tərləyib". "Football-plus.az" saytı olaraq Elçin bəylə əlaqə saxlamağa çalışsaq da, bu mümkün olmadı. "Qırmızı-qaralar"ın sözçüsü Anar Hacıyev isə bunları söylədi:
"Oyundan sonra kiçik etiraz olub. Məşqçimiz də emosialarnı saxlaya bilməyib və qaydanı pozub".


ABDULLA İSMAYILOĞLU