“Bavariya”nı “River Pleyt”ə dəyişə bilər

28.10.2022 14:15 389
Dünya futbolu
Martin Demiçelis tezliklə Avropadan Cənubi Amerikaya qayıda bilər.

"Football-plus.az" xəbər verir ki, o, “River Pleyt”in baş məşqçi vəzifəsinə əsas namizəd sayılır. “Bavariya”nın əvəzedicilərdən ibarət komandasının çalışdırıcısının vətəni Argentinaya qayıtmaq şansı yüksəkdi. 41 yaşlı Demiçelis Almaniya klubu və “Mançester Siti”dəki çıxışı ilə tanınır. O, 2019-cu ildən “Bavariya”nın strukturunda işləyir.