Konfrans Liqasında 1-ci oldu

22.04.2023 15:24 252
Konfrans Liqası
Konfrans Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyada Vangelis Pavlidis qalib gəlib.

UEFA-nın saytında keçirilən səsvermədə “Alkmaar”ın hücumçusu 1-ci yeri tutub. O, Maykl Antonio (Vest Hem), Yesper Karlstrem (Lex) və Jan-Kevin Ogüstyeni (Bazel) qabaqlayıb.

Qeyd edək ki, Pavlidis Konfrans Liqasının 1/4 finalının “Anderlext” ilə cavab oyununda (2:0) iki qol vurmuşdu.