''Syon''un prezidentindən 30 milyon avro etirafı - ''Qalatasaray'' doğru seçim deyil"

9.09.2026 17:00 396
Dünya futbolu
İsveçrə təmsilçisi ''Syon''un prezidenti Kristian Konstantin ''Qalatasaray''la bağlı diqqətçəkən ifadələr işlədib.

Məsələ ondadı ki, bu komandanın gənc ulduzu Uinsli Boteli yayda İstanbul nəhənginin maraq dairəsinə düşmüşdü. Münhenqladbax ''Borussiya''sının yetirməsi olan 20 yaşlı hücumçu bu mövsüm 12 rəsmi oyunda 12 qol, 2 məhsuldar ötürmə ilə fərqlənib.

Maraqlıdı ki, ''transfermarkt''da dəyəri 5 milyon avro göstərilən futbolçuya görə ''Cim-Bom'' 30 milyon avro ödəməyə razı imiş. Bunu ''Syon''un prezidenti etiraf edib. Amma o, ''Kristal Pelas''ın da hədəfində olan istedadlı futbolçusun Türkiyəyə yollanmasını istəməyib. Səbəbini isə belə izah edib:

''Qalatasaray'' bizə 30 milyon avroluq satış maddəsini dəyərləndirməyə hazır olduğunu bildirdi. Ancaq Botelinin ayrılmasının tərəfdarı olmadım. Birincisi, onu bu yay heç yerə buraxmayacağımı demişdim. İkincisi də ''Qalatasaray''ı sevsəm də, Boteli üçün Türkiyənin karyerası baxımından düzgün seçim olacağını düşünmürəm. Menecerinə və atasına Uinsli üçün gözəl bir karyera planı hazırlayacağımıza söz vermişəm. Yəni sonrakı klubunu seçməmişdən, növbəti addımı atmamış yaxşıca düşünməlidi. Tez-tez dəyişikliklərin yaşandığı və heyəti çox geniş olan ''Qalatasaray'' onun üçün doğru seçim deyil''.