Dubl etdi, ən yaxşı oyunçu seçildi

11.03.2023 18:24 264
Dünya futbolu
Konfrans Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermədə “Vest Hem”in oyunçusu Maykl Antonio 1-ci yeri tutub.

Xatırladaq ki, o, Konfrans Liqasının 1/8 finalının ilk matçında AEK-in qaısından 2 top keçirmişdi. Cənubi Kiprdəki oyun İngiltərə klubunun 2:0 hesablı qələbəsi ilə nəticələnmişdi.