“Sabah” bu futbolçunu Bakıda saxladı

9.09.2026 18:05 0
Ölkə futbolu / Manşet
Məlum olduğu kimi, Çempionlar Liqasının liqa mərhələsində mübarizə aparan “Sabah” artıq dünən İngiltərəyə yollanıb. “Bayquşlar” ilk oyunda “Mançester Yunayted”lə qarşılaşacaq.

İngiltərədə matçla bağlı ab-hava necədi, komanda məşhur “Old Trafford”la tanış olubmu? Həmçinin zədəli iki futbolçunun – Stiv Solvetlə Umarali Raxmonaliyevin və hazır olmadığı deyilən Ksander Severinanın İngiltərəyə aparılıb-aparılmadığı da maraq doğurur.

“Football-plus.az” bu suallara aydınlıq gətirmək üçün “Sabah”ın mətbuat katibi Elnur Həmidovla əlaqə saxlayıb: “Umarali Raxmonaliyev və Ksander Severina komanda ilə birlikdədi. Stiv Solvet zədə səbəbindən gətirilməyib. Komanda Mançesterə dünən gecə saatlarında çatıb. “Sabah”ın “Old Trafford”da məşqi yerli vaxtla saat 20.00-da (Bakı vaxtı ilə 23.00-da – red.) olacaq”.

İSRAYIL XEYRULLAYEV