Avropa Liqasında hamını qabaqladı

20.05.2023 20:23 250
Avropa Liqası
Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu nominasiyanın qalibi Erik Lamela olub. “Sevilya”nın oyunçusu azarkeşlər arasında keçirilən sorğuda komanda yoldaşı İvan Rakitiç, Nemanya Matiç (Roma) və Florian Virtsi (Bayer-04) qabaqlayıb.

Xatırladaq ki, Lamela “Yuventus”a qalib gəldikləri yarımfinalın cavab matçında (2:1) 1 qol vurub və 1 məhsuldar ötürmə edib.