Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, Bu nominasiyada Səid Benrahma qalib gəlib.
“Vest Hem”in əlcəzairli yarımmüdafiəçisi UEFA-nın saytında azarkeşlər arasında keçirilən sorğuda 1-ci yeri tutub. O, komanda yoldaşı Deklan Rays, Kristiano Biraqi (Fiorentina) və Andi Diufu (Bazel) qabaqlayıb.
Xatırladaq ki, “Vest Hem” ilk oyunda “Alkmaar”a evdə 2:1 hesabı ilə qalib gəlmiş, qollardan birini penalti ilə Benrahma vurmuşdu.