''Fənərbaxça''da Kərəm Aktürkoğlunun maaşı ilə bağlı yeni diqqətçəkən xəbər var.
Türkiyənin ''Təqvim'' nəşrinin yazdığına inansaq, UEFA-nın bu futbolçunun maaşı ilə bağlı araşdırmaya başlamasından və ''Fənər''ə xəbərdarlıq edilməsinin ardından Aktürkoğlunun müqaviləsinin şərtləri dəyişdirilib.
Məsələ burasındadı ki, ''Qalatasaray''ın sabiq üzvünün klubdakı rəsmi maaşı 222 min lirə qeyd olunmuşdu ki, bu da cəmi 4 min avro deməkdi. Bu məbləğ Türkiyə Futbol Federasiyasındakı sənəddə də qeyd olunulmuşdu Ancaq ''Qalatasaray''ın şikayətindən sonra UEFA rəsmiləri İstanbula gələrək bəzi araşdırmalar apardılar.
Əslində isə Kərəmin illik maaşı 4,75 milyon avro imiş. Sadəcə bunun 4 min avrosunu klub, yerdə qalan hissəsini isə Hakan Safinin şirkəti ödəyirdi. Bunun sayəsində ''Fənər'' xərc limiti hesablanarkən bir qədər irəli düşürdü. Ancaq UEFA-nın işə qarışmasından sonra durum dəyişdi.
Artıq Kərəmin ''Fənər''də rəsmi olaraq maaşı 4 milyon 750 min avro göstərilib. Üstəlik bundan sonra bu məbləği klub özü ödəyəcək.
UEFA işə qarışdı Kərəm Aktürkoğlunun maaş şərtləri dəyişdi
Dünya futbolu






