“Arsenal”ın baş məşqçisi Mikel Artetanın Çempionlar Liqasının liqa mərhələsinin 1-ci turunun “Napoli” ilə oyunundan əvvəlki mətbuat konfransı baş tutmayıb.
Konfransının ləğvinə İngiltərədə hava hərəkətinə nəzarətlə bağlı yaranan problem səbəbindən komandanın təyyarəsinin gecikməsi səbəb olub. “Arsenal”ın Neapola yerli vaxtla saat 21.30-dan tez çatmayacağı bilindiyi üçün Artetanın jurnalistlərlə görüşü baş tutmayıb.
UEFA adətən media qarşısındakı öhdəliklərini yerinə yetirməyən komandaları cəzalandırır. Lakin yaranmış vəziyyəti nəzərə alan qurumun “Arsenal”ı cərimə etməyəcəyi bildirilib.
Təyyarə gecikdi, Arteta danışa bilmədi
Dünya futbolu






