Qriqorçuk “Dinamo”nu cəzalandırdı, Emil iki məhsuldar ötürmə verdi - TURUN ŞƏRHİ

17.05.2023 20:51 276
Dünya futbolu
“Şaxtyor” növbəti çempionluq yolunda daha bir addım atdı. Donetsk klubu səfərdə “İnqulets”i məğlub etsə də, oyunu ilə alqış qazanmadı.

“Football-plus.az” xəbər verir ki, “şaxtaçılar” aşağı tempdə keçən oyunda gah sağ, gah da sol cinahdan topu cərimə meydançasına daşımağa çalışırdı. Onların köməyinə 51-ci dəqiqədə künc zərbəsi zamanı gözdən yayınan və topu başla uzaq küncə göndərən Konoplya çatdı. 85-ci dəqiqədə Pavlovun topu öz qapısına göndərməsiylə intriqa öldü.

“Şaxtyor”a əngəl ola biləsi yeganə komanda “Dnepr-1”di. Liderin əsas izləyicisi “Minay”ın qonağı idi və 79-cu dəqiqədə Dovbikin vurduğu yeganə qollar qələbə qazandı.

Ukrayna futbolunun digər nəhəngi “Dinamo”, görünür, bu mövsüm medalsız qalacaq və uzağı Konfrans Liqasına vəsiqə qazanacaq. Kiyev klubu yaranışının 96-cı ildönümündə evdə Roman Qriqorçukun çalışdırdığı “Çernomorets”ə uduzdu. Beləliklə, sona 4 tur qalmış “Şaxtyor”dan 13 xal geri qalan “Dinamo” çempionluq şansını itirdi. Son çempion məhz Kiyev klubu idi. “Dinamo” 2021-də titiulu qazanıb, 2021/22 mövsümü isə Rusiyanın hərbi təcavüzü üzündən başa çatdırılmayıb.

“Zarya” “Metallist”i məğlub etməklə 3-cü pillədəki mövqeyini bir qədər də möhkəmləndirdi. Xarkovlular belə oyunla yalnız möcüzə sayəsində elitada qala bilər. Elitadan gedəcək ilk komanda, demək olar ki, bəllidi. “Lvov”un məğlubiyyət seriyası artıq 9 oyuna bərabərdi. Turun dünən keçirilən son oyununda “Aleksandriya” səfərdə “Kolos”u məğlub etdi. Start heyətində yer alan Emil Mustafayev hər iki qolun ötürməsini verdi və 76-cı dəqiqədə əvəzləndi.