Ukrayna premyer-liqasında 2021/22 mövsümü vaxtından əvvəl sona çatdırılıb. Bu qərar eyniadlı qurumun ümumi iclasında qəbul edilib.
Çərşənbə axşamı premyer-liqa klublarının nümayəndələrinin iştirakı ilə videoformat şəklində iclas keçirilib. Ölkədəki müharibə şəraitininin davam etməsi səbəbindən çempionatın başa çatdırılmasının mümkün olmadığı qənaətinə gəlinib. Qərarə əsasən, 2022-ci il fevralın 24-nə olan turnir cədvəli 2021/22 mövsümünün yekunu kimi qəbul edilib. 18-ci turdan sonra 47 xalla 1-ci yerdə olan “Şaxtyor” çempion elan edilib. Kiyev “Dinamo”su 45 xalla 2-ci, “Dnepr-1” isə 40 xalla 3-cü yeri tutub. Qaliblərin mükafatlandırılmayacağı da bildirilib.
Beləliklə, “Şaxtyor” və “Dinamo” növbəti mövsümdə Çempionlar Liqasında, “Dnepr-1” Avropa Liqasında, uyğun olaraq 4-cü və 5-ci yerləri tutan “Zarya” və “Vorskla” isə Konfrans Liqasında çıxış edəcək. Premyer-Liqanın qərarları təsdiqlənmək üçün Ukrayna Futbol Assosiasiyasının İcraiyyə Komitəsinə göndərilib.