• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

PSJ çempionluq yolunda böyük addım atdı – TURUN ŞƏRHİ

Dünya futbolu

19-04-2023, 14:0

Turun mərkəzi oyununda ən yaxın izləyicisi “Lans”ı məğlub edən PSJ çempionluğa doğru böyük addım atdı. Əlbəttə, rəqibin 19-cu dəqiqədə azlıqda qalması da son nəticəyə təsir göstərdi. Bu komandanın məğlubiyyətindən yararlanan “Marsel” 2-ci pilləyə qalxdı. Elə “Monako” da qələbə imkanını əldən vermədi. “Lill”, “Renn” və “Lion” da həftənin qalibləri arasındadı.

30 turdan sonra “Lans”ı cəmi 6 xal qabaqlayan PSJ ilk dövrədə bu rəqibə uduzmuşdu (1:3). Əksər ekspertlər “qan-qızılılar”dan ciddi müqavimət gözləsələr də, 19-cu dəqiqədə oyunun sonrakı axarını müəyyənləşdirən hadisə baş verdi. Qonaqların dayaq yarımmüdafiəçisi Əbdül Səməd arxadan Hakiminin topuğuna zərbə vurduğuna görə birbaşa “qırmızı” ilə meydandan qovuldu. Təbii ki, belədə PSJ-nin təzyiqi bir qədər də artdı. 31-ci dəqiqədə gözəl hücum sonucunda Vitinya cərimə meydançasında Mbappeni tapdı, onun zərbəsindən sonra dirəyə dəyən top tora daxil oldu. 6 dəqiqə sonra isə Vitinya özü uzaqdan hiyləgər zərbə ilə fərqi artırdı. 40-cı dəqiqədə Mbappedən daban ötürməsi alan Messi hesabı darmadağın həddinə çatdırdı. Qonaqlar 2-ci hissədə bu qollardan birinin əvəzini çıxa bildi. Ruisin əllə oyununa görə təyin olunan penaltini Frankovski dəqiq yerinə yetirdi. PSJ bu qələbə sayəsində “Lans”la xal fərqini 9-a çatdırdı.

“Lans”ın bir gün əvvəl uduzmasından xəbərdar olan “Marsel”in autsayder “Trua”nı məğlub etməkdən başqa yolu yox idi. Artıq 2-ci dəqiqədə Vitinya Fransa çempionatında qol hesabını açdı. Xatırladaq ki, “Marsel” 23 yaşlı portuqaliyalıya görə “Braqa”ya 32 milyon avro ödəyib. 40-cı dəqiqədə cənubluların türkiyəli ulduzu Ündər də fərqləndi. Vitinya 64-cü dəqiqədə dublunu rəsmiləşdirəndə artıq “Marsel”in qələbəsinə şübhə yeri qalmadı. 90+1-ci dəqiqədə cari mövsümdə 10-cu qolunu vuran Balde “Trua”nın böyükhesablı məğlubiyyətini əngəllədi.

“Loryan”ı qəbul edən “Monako”nun qələbəsində Qolovin böyük rol oynadı. 14-cü dəqiqədə rusiyalı yarımmüdafiəçinin uzaq dirək önünə ötürməsi zamanı səkən top Diattanın sinəsinə dəyib tora düşdü. 28-ci dəqiqədə təkbətək çıxan Qolovin fərqi artırdı. 2-ci hissənin əvvəlində Folland da adını tabloya yazdırdı. Bu hücumu da Qolovin başlamışdı. “Qırmızı-ağlar” 3:0-dan sonra hesabı qorumağa başladı, “Loryan”, sadəcə, təslim oldu. Hər halda, 86-cı dəqiqədə Maripanın Koneyə qarşı kobud oyununa görə təyin olunan penaltini reallaşdıran zərərçəkən komandasının təsəlli qolunu vurdu.

“Monpelye”ni qəbul edən “Lill” aşkar üstün təsir bağışlasa da, 24-cü dəqiqədə topu öz qapısında gördü. Paulo Fonseka fasilədə üçlü dəyişikliyə əl atmaqla “şimallı itlər”in oyununu bir qədər də gücləndirdi. 70-ci dəqiqədə mövsümdə 20-ci qolunu vuran Devid hesabı bərabərləşdirdi. İki dəqiqə sonra isə Kabella “Lill”i irəli çıxardı.

“Renn” evdə “Reyms”i darmadağın etdi. Bu oyunun qəhrəmanı dubl edən Dokyu oldu. 6-cı pillədə qərarlaşan “Renn” “Lill”dən 2 xal geri qalır. “Lion” isə 7-ci yerdədi. “Şirlər” hesabat turunda “Tuluza”dan üstün oldu.

Turun qalan nəticələrinə gəlincə, aşkar autsayder “Anje” mövsümdəki 23-cü məğlubiyyəti “Klermon”dan aldı. 19-cu yerdə isə bu dəfə səfərdə birbaşa rəqibi “Strasbur”a uduzan “Ayaçço” qərarlaşıb.

Turun rəqəmi
72 – PSJ 31-ci turda xalını bu həddə çatdırdı. Fransa çempionatında qələbəyə görə 3 xal verildiyi vaxtdan bəri yalnız 8 komanda 31 turdan sonra bu qədər və daha artıq xal toplayıb, sonda hər biri çempion olub.

Turun ulduzu
Kilian Mbappe (PSJ) – qol vurdu, Messinin fərqlənməsinə şərait yaratdı, oyunboyu “Lans” müdafiəsini gərginlikdə saxladı. Ümumiyyətlə, başqa problemlərlə “yüklənməyən” və formada olan Kilian, sadəcə, qarşısıalınmazdı ki, “qan-qızılılar” bunu öz üzərində hiss etdi.

Faktlar

* PSJ-nin heyətində ölkə çempionatında 139-cu qolunu vuran Mbappe Kavanini (138) arxada qoymaqla klub tarixinin bombardiri oldu. Onun 2017/18 mövsümündən bəri parislilərin şərəfini qoruduğunu da xatırladaq.

* Qolovin karyerasının ən məhsuldar mövsümlərindən birini keçirir. Cari mövsümdə 7 qol vuran və 7 məhsuldar ötürmə verən rusiyalı xavbek indiyə qədər yalnız bir dəfə - 2020/21 mövsümündə “qol+ötürmə” sistemi üzrə 14 xal toplaya bilmişdi. Onda Qolovinin hesabında 5 qol və 9 ötürmə var idi.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

5-04-2023, 21:0

PSJ 5-ci dəfə uduzdu, liderin əsas izləyicisi dəyişdi – 29-cu turun şərhi

Çempionlar Liqası

14-03-2023, 20:0

ÇL-də uğur əldə edən PSJ-ni Fransada dayandıran yoxdu – TƏHLİL

Dünya futbolu

12-04-2023, 19:0

PSJ və “Lans” qalib gəldi, “Marsel”lə “Monako” xal itirdi - ŞƏRH

DÇ 2026

15-02-2023, 14:0

PSJ büdrədi, “Monako” və “Lill” irəlilədi - Fransa çempionatı

Aktual
Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
“Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
“Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
“Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
Son xəbərlər
  • Dünən, 23:19
    Elvin start heyətinə qayıtsın! – bu qədər umu-küsü bəs deyil?
  • Dünən, 23:00
    "Çempionatın startına qədər çatışmazlıqları yoluna qoymağa çalışacağıq" - Cavid Hüseynov
  • Dünən, 22:40
    "Araz-Naxçıvan" "İmişli" ilə heç-heçə etdi
  • Dünən, 22:15
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:40
    “Mançester Siti”dən ayrıla bilər
  • Dünən, 21:00
    Yaşıl meydanı tərk etdi
  • Dünən, 20:40
    "Şahdağ Qusar"dan növbəti transfer
  • Dünən, 20:19
    Ceyhun Nuriyev "Araz-Naxçıvan"da
  • Dünən, 19:59
    "Dinamo" - "Neftçi" matçının hakimləri açıqlandı
  • Dünən, 19:28
    Kariusdan illər sonra gələn etiraf - ''Həmin günlərdə futbola olan sevgimi itirdim''
  • Dünən, 18:57
    ''Salah Türkiyə futbolu tarixinin ən böyük transferi olacaq''
  • Dünən, 18:26
    "Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq” - Elxan Səmədov
  • Dünən, 17:55
    “Emrelidə hələ də o keyfiyyət var” – Mahir qol vurdu, azarkeşlərin sevimlisinə çevrildi
  • Dünən, 17:27
    İtalyanonun ''Beşiktaş''da debütü uğurlu alındı
  • Dünən, 16:55
    “Bakı çox gözəldi, lakin burda inanılmaz tıxac var” – bolqar müdafiəçi başqa nədən narazı qaldı?
  • Dünən, 16:24
    "İmişli"nin sabiq futbolçusu "Xankəndi"də
  • Dünən, 15:25
    “Qarabağ həddən artıq güclü rəqibdi” – ÇSKA-nın yarımmüdafiəçisi
  • Dünən, 14:54
    Almaniya klubu ilə danışıq aparır
  • Dünən, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Dünən, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Dünən, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Dünən, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Dünən, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Dünən, 11:23
    MS-ni tərk edə bilər
  • Dünən, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Dünən, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Dünən, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • 23-07-2026, 23:0
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • 23-07-2026, 23:0
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • 23-07-2026, 22:0
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • 23-07-2026, 22:0
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • 23-07-2026, 22:0
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • 23-07-2026, 21:0
    "Xankəndi"də məşqçi təyinatı
  • 23-07-2026, 20:0
    Almaniyada klubunu dəyişdi
  • 23-07-2026, 20:0
    Millimizin heyəti açqlandı
Daha çox
Oxunub: 197
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 194
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 138
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 132
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 119
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə