• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Şamaxı”nın futbolçusu karyerası ilə bağlı mövsümün sonunda qərar verəcək - MÜSAHİBƏ

Premyer-liqa / Manşet

5-05-2023, 21:0

Küveytdə uğursuz legioner həyatı yaşayandan sonra vətənə dönən Kamal Mirzəyevin başı üzərindən qara buludlar əskik olmur.

Yenidən sabiq komandası "Qəbələ"yə keçən futbolçu burda da uğursuzluqla üzləşərək az şans qazandı. Cari mövsüm "Şamaxı"ya transfer olunan 28 yaşlı oyunçunun yeni komandasında tez-tez şans qazanmasına isə zədələr mane oldu. Kamalla komandasının 32-ci turda "Sabah"a minimal hesabla uduzduğu qarşılaşmadan sonra söhbətləşdik. Onun legioner həyatının qısa çəkməsi, mövsümün sonunda bölgə təmsilçisinin sıralarını tərk edib-etməyəcəyi və başqa mövzular ilə bağlı səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq.

- "Sabah"la çətin oyun keçirdiz. Bərabərlik qolunu vura bilməyiniz üçün nə çatmadı?
- Ciddi hazırlaşmışdıq. Məqsədimiz səfərdən xalla ayrılmaq idi. Rəqib avrokuboka vəsiqəni təmin edən və hazırda da ikinci pillədə qərarlaşan komandadı. Buna rəğmən, Masazır təmsilçisindən çəkinmədik. Hətta deyərdim ki, başabaş oyun getdi. İkinci yarıda qol vurmaq üçün irəli atılsaq da, fərdi ustalıqda rəqibə uduzmağımız minimalhesablı məğlubiyyətlə nəticələndi.

- Bu mövsüm olduqca az şans qazanmağının səbəbi nədi?
- Qışa qədər az-çox şans qazandım. Sonra zədələnib sıradan çıxdım. Hazırda zədəmi sağaltmışam, nə vaxt şans verilsə, meydana çıxıb əlimdən gələni edəcəm. Məşqçilər korpusunun qərarına da hörmət edirəm.

- Legioner həyatın qısa çəkdi. Səbəb nə idi?
- Küveyt təmsilçisi "Əl-Salmiya"ya böyük ümidlərlə transfer olunmuşdum. Hər şey qaydasında gedirdi. Orda çıxış edərkən belimdən zədə aldım. Sonra aşkarlandı ki, belimdə 8 mm-dən böyük yırtıq var. Zədəmi sağaltdığım vaxt ortaya pandemiyaya düşdü. Küveytdə karantin şərtləri bizdəkindən də ağır idi. Hər şey onlayn rejimə keçirilmişdi, evdən bayıra çıxmağa icazə yox idi. Bununla yanaşı, çempionatın nə vaxt bərpa olunacağı da bəlli deyildi. Belə olduğuna görə də vətənə qayıtdım.

- Küveytdən qayıdandan sonra sabiq komandan "Qəbələ"yə keçdin. Amma orda da az şans qazandın...
- "Qırmızı-qaralar"a qayıdışım zamanı belimdəki zədəni hələ tam sağaltmamışdım. Buna rəğmən, klub rəhbərliyi və məşqçilər korpusu yenidən məni heyətə qatıb, şans verdi. Buna görə onlara təşəkkürümü bildirirəm. Həm müalicəmi davam etdirməyimə, həm bərpa prosesinin vaxt aparmasına, həm də rəqabətə davam gətirə bilmədiyimə görə mövsümün sonunda "Qəbələ"dən ayrılıb "Şamaxı"ya keçdim. Burda da dediyim kimi, ardıcıl zədələr çox şans qazanmağıma mane oldu.

- Yayda "Şamaxı"nı tərk etməyi düşünürsən?
- Hələ çempionatın sonuna var. Hazırda komandamızın daha yüksək pillələrdə qərarlaşmasına çalışırıq, buna fokuslanmışıq. Mövsümün sonunda taleyimə aydınlıq gələcək.

- "Şamaxı" birinci diviziona yuvarlansa, komandada qalacaqsan?
- Klub rəhbərliyi, məşqçilər korpusu və futbolçular birinci diviziona düşmək barədə düşünmür. Hamılıqla qarşıdakı oyunlarda maksimum nəticə göstərib sonuncu olmamağı düşünürük. Yalnız mövsüm yekunlaşandan sonra karyeramı hansı komandada davam etdirəcəyimlə bağlı danışmaq olar.

- Sabiq komandan "Qəbələ" iki “cəbhə”də uğurla döyüşür - həm kubokun finalına vəsiqəni təmin edib, həm də 4-cü yeri heç kimə güzəştə getməməyə çalışır. "Qırmızı-qaralar"ın çıxışı barədə nə deyə bilərsən?
- "Qəbələ"nin uğurları məni çox sevindirir. O klub mənim üçün doğmadı. “Qəbələ” akademiyasında yetişmişəm. İnanıram ki, uğurların davamı gələcək.

- Necə düşünürsən, "Qəbələ" kubokun həlledici oyununda "Neftçi"ni üstələyə biləcək?
- Hər iki finalçı Azərbaycan futbolunda sözünü demiş klubdu. Ona görə də kimin daha şanslı olduğunu indidən demək düz olmaz. Amma "Qəbələ"yə azarkeşlik edəcəyimə əmin ola bilərsiz.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Müsahibə

22-04-2023, 23:0

Tural Axundov: "Məşqçilərin qərarıdı" - MÜSAHİBƏ

Ölkə futbolu / Manşet

27-07-2022, 16:0

Amil Yunanov: “Əlimizdən gələni etməliyik ki, turnir cədvəlinin dibində olmayaq” - MÜSAHİBƏ

Premyer-liqa / Manşet

11-10-2022, 21:0

Hüseyn Məhəmmədov: “Hələ bilmirik, mövsümün sonunda nə qərar veriləcək”

Ölkə futbolu / Manşet

5-05-2022, 17:0

Fərid Nəbiyev Azərbaycana qayıdır? - ÖZƏL AÇIQLAMA

Ölkə futbolu / Manşet

24-08-2022, 14:0

Araz Abdullayev yenidən legioner həyatı yaşamaq istəyir - MÜSAHİBƏ

Ölkə futbolu

8-04-2023, 23:0

"Neftçi" avrokuboklara vəsiqəni təmin etdi

Aktual
“Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
"Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
“Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
“Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
Son xəbərlər
  • Bu gün, 11:15
    "Sabah"ın potensial rəqibi bəlli olur
  • Bu gün, 10:56
    “Sabah”ı pley-offdan ayıran son maneə - “Orhus”
  • Bu gün, 10:30
    AFFA yeni mövsüm üçün hakimləri açıqladı - SİYAHI
  • Bu gün, 10:00
    “Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
  • Bu gün, 00:20
    Mahir "Rakuv"da yenə qol vurdu
  • Bu gün, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • Dünən, 23:38
    Ramik yeni mövsümə qolla başladı!
  • Dünən, 22:52
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:21
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 21:45
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
  • Dünən, 21:12
    Şimali Amerikaya yollandı
  • Dünən, 20:41
    Gözlənilən təyinat açıqlandı
  • Dünən, 20:10
    Nəriman Messi ilə qarşılaşa bilmədi - NİYƏ?
  • Dünən, 19:40
    Zidan Fransanın başında ilk oyununa Kocaelidə çıxacaq!
  • Dünən, 19:06
    Meksikadan vətəninə qayıtdı
  • Dünən, 18:36
    “Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
  • Dünən, 18:05
    Əziz Yıldırım akademiyanın başına kimi gətirir?
  • Dünən, 17:34
    Asiyadan Avropaya qayıdır
  • Dünən, 17:03
    “Milan”ı tərk etməyəcək
  • Dünən, 16:32
    Acunun komandası ''Kasımpaşa'' ilə bacarmadı
  • Dünən, 16:01
    "Qəbələ" braziliyalı qapıçı transfer etdi
  • Dünən, 15:30
    Rüfət komandasına qələbə qazandırdı
  • Dünən, 15:00
    ''Beşiktaş'' və İtalyano serbiyalı ulduzun yolunu gözləyir
  • Dünən, 14:31
    "Sabah"ın Randers səfərinin təfərrüatları - heyətdə itki varmı?
  • Dünən, 14:00
    Premyer-liqaya 29 ölkədən 54 legioner gəlib! - klublar Portuqaliya liqalarını su yoluna döndərib...
  • Dünən, 13:45
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • Dünən, 13:05
    Mançesterdən Madridə yollandı
  • Dünən, 12:35
    “Cəbrayıl”, yoxsa “Gəncəbasar”?
  • Dünən, 12:04
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:33
    Məşhur fransalı Maltada oynayacaq
  • Dünən, 11:02
    “Amma etiraf etmək lazımdı ki, rəqib komandanın oyunçuları...” – Fərhad Vəliyev Koxalskini müdafiə etdi
  • Dünən, 10:31
    "Şamaxı"nın 13 yaşlı futbolçusu vəfat etdi
  • Dünən, 10:00
    Messi meydana çıxdı, Nəriman şans qazanmadı
  • Dünən, 00:21
    Fiziki qüsurlu futbolçu avrokubok matçında qol vurdu!
  • 1-08-2026, 23:0
    MS-ni tərk edə bilər
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 219
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 174
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 161
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 131
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə