Fərid Nəbiyev Azərbaycana qayıdır? - ÖZƏL AÇIQLAMA

5.05.2022 17:50 695
Ölkə futbolu / Manşet
Fərid Nəbiyevin çıxış etdiyi "Viktoriya" Çexiyanın 2-ci divizionunu tərk edir.

Jijkov təmsilçisi son turda səfərdə "Jihlava" ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 4:3 hesablı qələbəsi ilə başa çatıb. Həmyerlimizin adı matçın iştirak ərizəsinə salınmayıb.

"Viktoriya" hazırda 14 xalla 16 komanda arasında sonuncu pillədə qərarlaşıb. Komandanın mövsümün sonunda aşağı liqaya düşəcəyi də artıq dəqiqləşib. Görəsən, yarımmüdafiəçi bu üzdən “Viktoriya”nı tərk edəcək? Futbolçunun Azərbaycana dönmək şansı nə qədərdi? Suallarımızı Fəridin agenti Vaqif Heydərliyə ünvanladıq. Tanınmış menecerin məsələ ilə bağlı fikirləri belə oldu:

“Əvvəlcə onu deyim ki, Fəridin komandası ilə müqaviləsi var. Nə olsun ki, “Viktoriya” divizionu tərk edib. Amma çalışacağıq ki, oyunçumuz üçün ölkə xaricində daha yaxşı komandalar tapaq. Öncəliyimiz, təbii ki, legioner həyatı yaşamaq olacaq. Amma hər şey mövsüm bitəndən sonra dəqiqləşəcək. Azərbaycana dönməyi düşünmək olar. Lakin bu, prioritet deyil”.


Fərid Nəbiyevlə bağlı redaksiyamıza maraqlı informasiya daxil olub. Əldə etdiyimiz bilgiyə görə, hazırda premyer-liqada çıxış edən əksər klublar yarımmüdafiəçini transfer etmək istəyir.

İLKİN SULTANLI