“Kalqari”nin baş məşqçisi qovuldu

4.05.2023 20:30 223
İdman
Derill Satter “Kalqari”nin baş məşqçisi postundan istefaya göndərilib.

"Football-plus.az" xəbər verir ki, klubun mətbuat xidməti prezident və baş direktor Con Binin bu ifadələrini yayıb:
“Kalqari”nin rəhbərliyi və bütün azarkeşləri adından “Fleymz”dəki çoxillik fəaliyyətinə görə Derillə təşəkkür etmək istəyirəm”.


“Kalqari” son üç ildə 2-ci dəfə MHL-in pley-offuna vəsiqə qazana bilməyib. 2021-ci ilin martından bəri “Fleymz”i çalışdıran Satter 2002-06 aralığında da bu klubda işləyib.