“Los-Anceles”lə srağagünkü oyun “Kalqari”nin baş məşqçisi Derril Satter üçün əlamətdar oldu.
O, müntəzəm çempionatla yanaşı, pley-offu da nəzərə almaqla MHL karyerasında 800-cü qələbəsini qazandı. 64 yaşlı kanadalı indi MHL tarixində qələbə sayına görə Alen Vinyo ilə 9-cu yeri bölüşür. Məşqçilər arasında rekordçu isə Skotti Boumendi (1467).