Xatırladaq ki, bir dönəm ''Fənərbaxça''da da forma geymiş, hazırda isə ''Ayaks''ın şərəfini qoruyan 30 yaşlı Amrabat yığma karyerasını dayandırmaq qərarına gəlib. O, sentyabrda Uahbi bu vəzifədə olduğu müddətdə yığmada oynamayacağını vurğulamışdı.
Haci bu addımına görə Amrabatı sərt şəkildə tənqid edərək bunları deyib:
''Amrabat Uahbi üçün yox, ölkə və bayraq üçün oynayır. Ona görə də yığmanın başında kimin dayanmasından asılı olmayaraq canla-başla oynamalıdı. Axı sən kimsən ki yığmanın baş məşqçisinin dəyişdirilməsini tələb edəsən? Mərakeşin şərəfini qorumaq özü artıq böyük qururdu. Çünki 40 milyon mərakeşlidən biri olaraq bayrağı dalğalandırmaq fürsəti əldə edirsən. Bu, çox özəl bir şeydi və hər şeydən öndə gəlməlidi. Keçmişdə etdikləri bir futbolçuya hörmət qazandıra bilər. Amma əsas heyətdə oynamağa zəmanət verə bilməz. Amrabatın yığma üçün önəmli futbolçu olduğunu inkar etmirəm. Ancaq bu məqam ona ''bu məşqçi ilə oynamaq istəmirəm, onu dəyişdirin'' şərtini irəli sürməyə haqq vermir. Axı sən özünü nə zənn edirsən? Sən yığmadan, baş məşqçidən və ya bu ölkənin bayrağından üstün deyilsən. Gəlib sakitcə oynamalısan. Hətta sənə bir dəqiqə şans versələr belə, ağzını yumub oynamalısan. Çünki bu, sənin üçün qürurdu''.




