“Kalqari”nin forvardı Conatan Yuberdo 8 illik müqavilə bağlamasını şərh edib:
“Bu yeni macəraya görə həyəcanlanıram, bu komandaya sadiqəm. Nəyim varsa, ortaya qoyacam – buz üzərində və ondan kənarda”.
29 yaşlı kanadalı 8 illik müqaviləyə görə 84 milyon dollar alacaq. Yuberdo “Kalqari”yə “Florida” ilə mübadilə çərçivəsində keçib. O, ötən mövsüm müntəzəm çempionatda keçirdiyi 80 oyunda 115 (30+85) xal toplayıb. Bundan başqa, 10 pley-off oyununda da 6 (1+5) xalı var.