Misli premyer-liqasında 32-ci turun oyunları keçirilir.
“Football-plus.az” xəbər verir ki, “Qəbələ” “Səbail”i qəbul edib - 4:2. Oyundan sonra meydan sahiblərinin çalışdırıcısı Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:
“Bizi ağır oyun gözlədiyini bilirdik. Komanda dörd matçdır 4 günlük qrafiklə çıxış edir. Buna görə çətinliklər öncədən görünürdü. Komanda yaxşı mübarizə apardı və layiqli qələbə qazandı. 3:0 hesabı ilə öndə olan tərəfin tempi aşağı salması normaldı. Sevindirici odur ki, komanda özündə güc tapdı və son nöqtəni qoya bildi. Əvəzetmələri futbolçuların durumuna əsasən gerçəkləşdirdik. Asif Məmmədov xəstələnmişdi və görüşdə iştirakı sual altında idi. Xarakter göstərərək meydana çıxdığı üçün ona təşəkkür edirik”.