"Nələrisə hakimin üzərinə atmaq istəmirəm"

2.04.2023 20:19 325
Premyer-liqa / Manşet
Misli premyer-liqasında 28-ci tura yekun vurulub.

"Football-plus.az" xəbər verir ki, "Sabah" "Qəbələ"ni qəbul edib - 3:2. Oyundan sonra qonaqların çalışdırıcısı Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

"Yaxşı və maraqlı oyun oldu. Hər iki komanda açıq futbol nümayiş etdirdi. Komandam layiqli mübarizə apardı. Qələbə üçün hər şeyi etdik. Rəqibin təzyiqindən sonra müdafiədə boşluqlar verdik".

- "Zirə"nin xal itirdiyi turda siz də uduzduz...
- Komandama inanıram, sona kimi mübarizə aparıracağıq.

- Əvəzetmənin gecikməsindən sonra narazılıq bildirdiz...
- Əvəzetməni hazırlayırıq. Üç dəqiqə çəkdi. Nələrisə hakimin üzərinə atmaq istəmirəm.

- Milli komandanın məşqçisi Arif Əsədov müsahibəsində futbolçuların fiziki durumunun yaxşı olmadığını deyib. Buna münasibətiniz nədi?
- "Qəbələ" sona qədər ritmi saxlayır. Əfsuslar olsun ki, bizim futbolçulardan dəvət alan azdı. Millinin məğlubiyyəti fərdi səhvlərə görə oldu, fiziki durumla bağlı deyil.