Əli Səmədov "Kəpəz"ə qarşı oyunu dəyərləndirdi

23.04.2023 13:54 411
Premyer-liqa / Manşet
"Şamaxı" - "Kəpəz" oyununda ev sahiblərinin heyətində meydana sonradan daxil olanlardan biri də Əli Səmədov idi.

"Football-plus.az" saytı olaraq gəncəli futbolçudan sabiq komandasına qarşı oyunla bağlı fikirlərini öyrəndik:

"Ciddi rəqibə qarşı oynadıq. "Sarı-göylər"in heyətində sürətli futbolçular olduğundan əks-hücumlarda çox effektlidilər. Çətin qarşılaşma olsa da, biz daha yaxşı çıxış etdik. Çoxsaylı qol imkanları yaratsaq da, cəmi 1-ni qola çevirə bildik. Biz hər oyuna qələbə üçün çıxır, ən pis halda isə məğlub olmamağı düşünürük. Qarşıda hələ 5 oyunumuz var, hər birində maksimum xal toplayıb premyer-liqada yerimizi qorumağa çalışacağıq".

ABDULLA İSMAYILOĞLU