Rudi Qarsiya artıq “Əl-Nəssr”i çalışdırmır.
"Football-plus.az" xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu baş məşqçini istefaya göndərib.
“Əl-Nəssr” hazırda Səudiyyə Ərəbistanı çempionatında “Əl-İttihad”dan 3 xal geri qalmaqla 2-ci yerdədi. “Marka” qəzetinin yazdığına görə, son nəticələr komanda daxilində narazılıq yaradıb. 59 yaşlı mütəxəssislə futbolçuların münasibətləri korlanıb. İddiaya əsasən, Qarsiya “Əl-Feyha” ilə bazar günü keçirilən oyundan (0:0) sonra paltardəyişmə otağında futbolçularla mübahisə edib. Bu isə klub rəhbərliyinin etirazına səbəb olub. Matçdan sonra açıqlama verən “Əl-Nəssr”in hücumçuçu Kriştiano Ronaldu Qarsiyadan narazılığını ifadə edib.
Xatırladaq ki, fransalı məşqçi komandanı ötən ilin iyulundan çalışdırırdı.