• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Kəpəz"lə "Şamaxı" mübariz, kreativ oyunla seçilir” – Əfqan Talıbov

Premyer-liqa

27-03-2023, 12:0

Misli premyer-liqasında 3-cü dövrəyə yekun vuruldu. Yığmanın seçmə mərhələ oyunlarıyla bağlı çempionatda fasilə yarandı. Martın sonunda 4-cü dövrə start götürəcək. Bu mərhələdə əsas mübarizə ikinci "5-lik"də yer alan "Kəpəz", "Şamaxı", "Sumqayıt" və "Səbail" araslnda gedəcək. Sonuncu olacaq komanda elitanı tərk edəcəyindən “qan su yerinə axacaq”. Görəsən, hansı komanda 1-ci diviziona yuvarlanmağa daha yaxındı?

"Football-plus.az" olaraq təcrübəli mütəxəssis Əfqan Talıbovun məsələ ilə bağlı fikirlərini öyrəndik:

"Sonuncu yeri tutan komandanın diviziona düşəcəyinin dəqiqləşməsi çempionata əlavə mübarizə, motivasiya qatdı. 3-cü dövrə kimi, 4-cü dövrə də ikinci "5-lik" komandalarının amansız mübarizəsiylə diqqəti çəkəcək. 27-ci turda səfərdə "Səbail"lə qarşılaşan "Turan Tovuz" 1 xal qazanmaqla böyük ölçüdə 6-cı pillədəki yerini rahatlatdı. Əsas mübarizə qalan 4 komandalara arasında gedəcək. Amma hansı komandanın elitanı tərk etməyə daha yaxın olduğunu birmənalı şəkildə demək çox çətindi. Onların 4-cü dövrədəki matçlarına ölüm-dirim savaşı deyərdim. Komandalar arasında xal fərqi azdı. Kim qələbə qazanırsa, irəliləyir, 1 xal qoparırsa, mövqeyini möhkəmləndirir. "Kəpəz"lə "Şamaxı" mübariz, kreativ oyunla seçilir. Sırf müdafiədə oturmaqla 1 xal qoparmaq yox, əks-hücumlar təşkil etməklə də diqqət çəkirlər. "Şamaxı" Gəncə təmsilçisiylə müqayisədə əks-hücumla yanaşı, mövqe hücumları da qurmaqla göz oxşayır. Bunun da əsas səbəbi odu ki, "şirlər" mövsümün əvvəlində daha çox müdafiə olunmaqla məşğul idi. Arxa xətdə istədikləri etibarlılığı və kompakt bağlanmağı “oturdandan” sonra 2-ci dövrədə rəngarəng hücumların şahidi olduq. "Kəpəz"də əsas ağırlıq Ayzaya, Junior, Kvirkviya, Şuaybu kimi sürətli, texnikalı oyunçuların üzərinə düşürsə, "Şamaxı"da bu sırf yerli futbolçuların kollektiv oyununa əsaslanır. Onu xüsusi vurğulayım ki, "Şamaxı", “Qarabağ”ı nəzərə almasaq, turnir cədvəlinin yuxarı pillələrində qərarlaşanlara qarşı daha yaxşı çıxış edir. Sadəcə, heyət əsasən gənclərdən formalaşdığına görə bəzi epizodlarda tələskənliyə, səhvə yol verir və sanki 60-70 dəqiqə yaxşı çıxış edə bilirlər. Düşünürəm ki, heyətdə Elvin Məmmədovla yanaşı, daha 2-3 təcrübəli futbolçu olsa, vəziyyət daha yaxşı olar.

"Səbail"ə "Sumqayıt" nə qədər mübariz oyun sərgiləməyə çalışsa da, qeyri-sabit çıxış edir. Hər iki komanda mövsümə uğursuz start verməklə yanaşı, optimal heyətini formalaşdıra bilmədi. Bunun acı nəticəsi bu gün də görünür. Həmçinin komandaların baş məşqçiləri dəyişdi ki, onlar da heyəti yenidən komplektləşdirməyə çalışdı. Hardasa istəkləri gerçəkləşdi, amma yenə də heyətin tam oturuşmadığını düşünürəm. Məsələn, "Sumqayıt"da Vüsal İsgəndərli hamıdan çox qaçır, fəaldı, amma ötürmələrdə və zərbələrdə dəqiq deyil. Yaxşı futbolçu olsa da, istədiyini meydanda göstərə bilmir. "Səbail"də fərdi keyfiyyətləri yüksək olan futbolçular var. Amma komanda oyunu görünmür. Məsələn, Zakpa, Qomis və Ağabalanın adını çəkə bilərəm. Hər iki komanda meydanda döyüşür. Düzdü, "Sumqayıt" son 2 oyunda darmadağın oldu. Bu da komandaya psixoloji cəhətdən təsir göstərəcək. Ona görə də "kimyaçılar" digər komandalarla müqayisədə yalnız taktiki və fiziki yox, həm də psixoloji cəhətdən toparlanmalıdı. Əks halda çox çətin olacaq. Fasilə dönəmində komandaların hazırlığından da çox şey asılı olacaq. Yığmaya əsasən ilk "5-lik" klublarından futbolçular çağrılıb. Onların yorğun gələcəyini və ikinci "5-lik" komandalarının tam heyətlə hazırlıq keçəcəyini nəzərə alsaq, "Qarabağ", "Səbah", "Neftçi" və "Zirə"dən xal qoparmaq şansı artır. Bir sözlə, elitada qalmaq uğrunda sona kimi gərgin mübarizə gedəcək".


ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

11-10-2022, 21:0

Hüseyn Məhəmmədov: “Hələ bilmirik, mövsümün sonunda nə qərar veriləcək”

1-ci liqa

17-08-2022, 17:0

Birinci divizionda mövsümün təqvimi açıqlandı

Premyer-liqa / Manşet

20-10-2022, 20:0

"Qarabağ"dan böyükhesablı qələbə - YENİLƏNİB

Premyer-liqa / Manşet

1-11-2022, 13:0

“Turan Tovuz” “avrokubok zonası”na yaxınlaşır - TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

17-02-2023, 15:0

"Kəpəz" "Şamaxı"nı məğlub etdi - YENİLƏNİB

Premyer-liqa

22-07-2022, 16:0

Azərbaycan premyer-liqasında yeni mövsümün təqvimi açıqlandı

Aktual
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
"Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
Son xəbərlər
  • Dünən, 23:49
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • Dünən, 23:23
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyiri" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:56
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • Dünən, 22:26
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • Dünən, 21:55
    "Dinamo-Minsk" "Neftçi"ni 4 qolla məğlub etdi - YENİLƏNİB
  • Dünən, 21:54
    Abubakar "Kəpəz"də
  • Dünən, 21:26
    Fransadan Portuqaliyaya yollandı
  • Dünən, 20:59
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • Dünən, 19:39
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • Dünən, 19:18
    "Kəpəz"də ayrılıq
  • Dünən, 19:00
    "Neftçi" - "Dinamo-Minsk": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    "Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
  • Dünən, 18:20
    ''Fənər''in sabiq ulduzunun yeni klubu bəlli oldu
  • Dünən, 17:59
    “Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
  • Dünən, 17:00
    "Şəfa"dan daha bir transfer
  • Dünən, 16:29
    Freddi Varqas "Neftçi"də!
  • Dünən, 15:58
    “Çox xoşbəxt olduğumuzu deyə bilmərəm” – Coy-Lens Mikels
  • Dünən, 15:29
    “Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
  • Dünən, 15:13
    "Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı
  • Dünən, 14:28
    Dünya çempionu vətəninə qayıtmadı
  • Dünən, 13:55
    Güləş yığmasının dünya çempionatı üçün heyəti açıqlandı – 29 pəhləvan...
  • Dünən, 13:39
    KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
  • Dünən, 12:51
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 12:20
    "Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
  • Dünən, 11:54
    Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
  • Dünən, 11:23
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz möhkəmləndi
  • Dünən, 10:31
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 10:30
    Aaron Maluda xəstədi? – Dambrauskas özü-özünü təkzib edir
  • Dünən, 10:00
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • 21-07-2026, 23:0
    Belçikadan İngiltərəyə üz tutacaq
  • 21-07-2026, 23:0
    Erməni güləşçilər Bakıya gələcək
  • 21-07-2026, 23:0
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • 21-07-2026, 23:0
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • 21-07-2026, 22:0
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
Daha çox
Oxunub: 189
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 134
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 130
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə