Millimiz məğlub oldu

9.04.2022 20:10 603
Yığma
19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsinin ikinci raundunda Malta yığması ilə üz-üzə gəlib.

Şimali İrlandiyada keçirilən oyun 2:1 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

Millinin qolunu qarşılaşmanın 1-ci dəqiqəsində Pərvin Səfərəliyeva vurub. Komanda qrupda sonuncu oyununu aprelin 12-də meydan sahibi Şimali İrlandiya yığmasına qarşı keçirəcək.