Millimiz son dəqiqə qolu ilə məğlub oldu

7.04.2022 19:44 587
Ölkə futbolu
Qadın futbolçulardan ibarət millimiz DÇ-nin seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

"Football-plus.az" saytının məlumatına görə, Siyasət Əsgərovun komandası səfərdə Bosniya və Herseqovina ilə üz-üzə gəlib. Matç meydan sahiblərinin minimal hesablı qələbəsiylə başa çatıb.

Yığma 90+4-cü dəqiqədə buraxdığı qolla rəqibinə uduzub.