Millimiz Qazaxıstanı məğlub etdi

22.03.2023 23:10 256
Yığma
17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

"Football-plus.az" xəbər verir ki, yığma Bosniya və Herseqovinada keçirdiyi matçda Qazaxıstan yığması ilə qarşılaşıb. Görüş komandamızın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Yığmanın qollarına Ayşən Salamzadə və Aydan Həsənova imza atıblar.

Milli növbəti oyununu martın 25-də Bosniya və Herseqovinaya qarşı keçirəcək.