• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

De Byazinin eksperimenti, Ranqnikin darmadağını - TƏHLİL

Yığma / Yazarlar

25-03-2023, 22:0

Gözlənilən gün gəlib çatdı. Yığmamız 2023-cü ildə ilk rəsmi oyununu keçirdi. Zəfər gözləyənlər çox olmasa da, Linzdən 1 xalla qayıtmağımızın arzusunda olanlar yetərincə idi. Amma gözləntilər doğrulmadı, arzularımız suya düşdü, avstriyalıların istəyi reallaşdı.

Rəqibin güclü olduğunu heç kim danmır. Amma görəsən, işin içində olan və Avstriynın nəyə qadir olduğunu daha yaxşı bilən Canni de Byazi niyə riskə getdi? Niyə "çərçivə"ni gənc Yusif İmanova həvalə etməklə yanaşı, gözlənilmədən Bəxtiyar Həsənalızadəyə də start heyətində şans verdi? Artıq 2-ci dəqiqədə “Sabah”ın qolkiperi topa çıxarkən ilk səhvini etdi. Gənc “əlcək sahib”i hər dəfə topu oyuna daxil edərkən üzündən həyəcanlı olduğu hiss olunurdu. Yusifin topa ilk uğurlu çıxışı 12-ci dəqiqədə gerçəkləşdi. Murad Musayevin sevimlisi, klubunda olduğu kimi, topu özündə saxlamaqla rəqib futbolçuları üzərinə çəkirdi. 20-ci dəqiqədə isə ilk seyvini etməklə alıqış qazandı.

Lakin qolkiper qapısını 27 dəqiqə toxunulmaz saxlaya bildi. İkinci qol zamanı zərbəyə lazımi reaksiya verə bilmədi. 3-cü qolda da “Sabah”ın qolkiperini qınamaq olar. Marsel Sabitzerin qüvvətli zərbəsinə barmaqlarıyla yox, yumruğuyla müdaxilə etməklə topun tora daxil olmasını əngəlləmək olardı. Qapıçı həmçinin müdafiəçi Höccət Haqverdiylə bir-birini başa düşə bilmirdi. Bu, ötürmələrdə və topaçıxmalarda özünü daha qabarıq şəkildə göstərirdi. “Neftçi”nin müdafiəçisinin də zəif çıxışı görünürdü.

Bəxtiyar Həsənalızadə, ümumiyyətlə, meydana sanki kobud səhvlərlə bizi məyus etmək üçün çıxmışdı. “15" nömrə nə müdafiəçilər, nə də qapıçıyla anlaşa bilirdi. Sürətdə də rəqibə uduzurdu. Onun oyunun 23-cü dəqiqəsində kobud səhvindən sonra topu ələ keçirən Qreqoritsin zərbəsi qapının üstündən keçdi. Burda bəxtimiz gətirdi desək, yanılmarıq. Qapımızdan keçən ilk qolda səhvi olanlardan biri “Sabah”ın müdafiəçisiydisə, 2-ci qolun birbaşa səbəbkarı Bəxtiyar idi. Qısası, 2-ci qolda “Sabah”lı futbolçular səhvləriylə bir-birini tamamladı. Nə Yusif, nə də Bəxtiyar Avstriya ilə qarşılaşmada start heyətində yer almağa hazır və layiq idi. Qapıçının həyəcan və təcrübəsizlik üzündən oyunu alınmadısa, Bəxtiyar, ümumiyyətlə, formada deyildi. Masazır təmsilçisinin “14" nömrəsi elə çempionat oyunlarında da şans qazanmırdı. Belə olan halda italiyalı mütəxəssis hansı məntiqlə ona start heyətində yer vermişdi?! Bəxtiyarın yerinə ilk dəqiqələrdən Anton Krivotsyukun oynaması daha düzgün seçim olardı. Hətta çoxları mənlə razılaşmasa da, gənc Cəlal Hüseynov da “Sabah”ın müdafiəçisi ilə müqayisədə “11-lik”də şans qazanmağı daha çox haqq edirdi.

Elvin Cəfərquliyev “Qarabağ”da sürəti sayəsində o qədər hücumlara aludə olub ki, artıq müdafiəyə çəkilməyi də yadırğayıb. “3" nömrə hücumlara çıxmaqda uğurluydusa, müdafiədə zəif çıxışıyla göz oxşadı. Bəhlul Mustafazadə təkbaşına işinin öhdəsindən gəlməyə çalışdı. Təbii ki, xətti müdafiədə etibarlılıq yalnız Bəhlulla kifayətlənmir. “Qarabağ”ın müdafiəçisi ilə komanda yoldaşları oyun rabitəsi qura bilmədi. Bədavi Hüseynovun yoxluğu da özünü göstərdi. Bəhlul məhz dağıstanlıyla həm klubunda, həm də yığmada yaxşı duet təşkil edir. Eddi İsrafilov hücumlara çıxanda uğurlu olsa da, orta sahədə top saxlamaq və dağıdıcılıqda həddən artıq sərt oyunla diqqət çəkirdi. Riçard Almeyda ilə müqayisədə həm müdəfiədə, həm orta sahədə top saxlamaqda, həm də hücumların təşkilində faydalı olmağa çalışırdı. “Sambaçı” irəli çıxarkən Elvin və Ramillə yaxşı anlaşmağı bacarırdı.

Kökçü, ümumiyyətlə, meydanda görünmədisə, Emin Mahmudov yığmamızın heyətində ən yaxşı idi. Kapitanın işi forvardları topla təmin etmək olsa da, həm müdafiədə, həm də hücumların təşkilində fəallığı ilə seçilirdi. O, komandanın yeganə qolunu da ustalıqla vurdu. Qısası, Emin hamıdan çox meydanda tər tökdü.

Renat ilə Ramil irəlidə çox qaçsalar da, komanda yoldaşlarından yetərincə dəstək almadıqlarından rəqib qapısına həmlələr edə bilmədilər. Həqiqət naminə vurğulamaq lazımdı ki, Ramil daha fəal idi. Fiziki gücü, iri cüssəsi və yorulmazlığıyla ən azı 2 rəqib müdafiəçini onu ciddi nəzarətdə saxlamağa məcbur edirdi. Ramil bir neçə dəfə fərdi reydləriylə müdafiəni yarmağa və qapı önünə ötürmələr verməyə müvəffəq oldu. Hətta ilk hissənin sonlarına yaxın “Qarabağ”ın forvardı Renatdan ötürməni qəbul edərək qapıya həmlə etsə də, qolkiper qola imkan vermədi.

Meydana sonradan daxil olanlarda Azər Əliyev fəallığı ilə seçildi. Yeganə qolumuzun vurulması zamanı Eminə assistlik də etdi. Avstriyanın ən zəif tərəfi orta xətdəki boşluqlar və qısa ötürmələrdə zəif olmalarıydı. Azər, Anton və Namik start heyətində yer alsaydılar, yığmamız üçün daha faydalı olardı. Anton uca boyu ilə “2-ci mərtəbə”də rəqibin hücumlarını dəf etmək, Namik sürətli reydləri, Azər isə top saxlamaq və hiyləgər ötürmələriylə iş başında ola bilərdi. Həmçinin Alekseyi daha tez meydana buraxmaq və Ozobiçə şans verməklə orta xətdə həm top saxlamaq, həm qısa ötürmələrlə irəli çıxmaq, həm də uzaqdan zərbələrlə rəqibi məyus etmək olardı. Lakin De Byazi rəsmi oyunda eksperiment aparmağı üstün tutdu. İtaliyalının 5 oyunluq qələbə eyforiyası Linzdə alt-üst oldu.

Matçboyu qapılara vurulan zərbələrin statistikası belədi:25-5. Təşkil olunan hücumlarda və qapıya həmlələrdə avstriyalıların bizi aşkar üstələməsi, daha doğrusu, kötəkləməsi onu göstərir ki, başda De Byazi olmaqla məşqçilər korpusu nə rəqibi ciddi təhlil edib, nə də komandanı oyuna hazırlayıb. İtaliyalı bu dəfə də uğursuzsuz start götürdüzə, Ralf Ranqnik tipik alman xarakteri göstərməklə Avstriya millisinə darmadağınla 2023-cü ildə ilk zəfərini qazandırdı.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Aktual / Yığma

23-03-2023, 17:0

"Yusif İmanova şans verilməsi böyük riskdi"

Aktual / Yazarlar

21-03-2023, 13:0

De Byazi qapıda kimə güvənəcək? - KÖŞƏ

Yığma / Manşet

22-03-2023, 20:0

Hüseyn Məhəmmədov fərqli düşünür

Aktual

22-03-2023, 17:0

"Bu gün gənc Yusifə şans vermək daha məntiqli olar"

Yığma / Manşet

25-03-2023, 19:0

Yusif İmanovun yetişməsində payı olan mütəxəssis onun çıxışına qiymət verdi

Yığma

23-03-2023, 16:0

De Byazi iki nəfər arasında seçim etməlidi - AÇIQLAMA

Aktual
İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
“Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
"Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
Son xəbərlər
  • Bu gün, 01:04
    ABŞ yenə inamlı qələbə qazandı, türkün səhəri necə açılacaq? - DÇ gecəsi
  • Bu gün, 00:00
    Mundial onun üçün erkən sona çatdı
  • Dünən, 23:30
    "İmişli"də daha 4 ayrılıq
  • Dünən, 23:01
    İlk mərhələdə yüzfaizlik nəticə olacaqmı? - “Hər birini fərqli çətinlik və sınaqlar gözləyir”
  • Dünən, 22:40
    Yeni prezident “Səbail”i borclardan xilas etdi, Adil Şükürovla vidalaşdı
  • Dünən, 22:19
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 21:48
    “Buna görə də Sumqayıta üz tutmalı olduq” – “Zirə” niyə Bakıda oynamır?
  • Dünən, 21:31
    La Liqada yeni təyinat
  • Dünən, 21:00
    "İmişli"də ayrılıq
  • Dünən, 20:44
    "Neftçi" Rezabala ilə vidalaşdı
  • Dünən, 20:13
    “Liverpul” gənc futbolçu aldı
  • Dünən, 19:42
    Dörd matçı 281223 tamaşaçı izlədi - DÇ-nin rekordu
  • Dünən, 19:11
    “Real”da Silva ilə Konateni Fernandes müşayiət edəcək
  • Dünən, 18:43
    Sinnerlə Sobolenko öndədi
  • Dünən, 18:10
    Aydın Süleymanlı Maqnus Karlsenə qalib gəldi!
  • Dünən, 17:49
    Müharibə veteranları iddia qaldırdı
  • Dünən, 17:32
    Püşk üzümüzə güldü, bəs sonra? - əsas mərhələyə qədər irəliləməyə borclusuz!
  • Dünən, 17:19
    Tahir Abdullayev UFC Fight Night Baku-da döyüşəcək
  • Dünən, 16:58
    "Şəfa" futbolçusuyla yenidən anlaşdı
  • Dünən, 16:27
    "Araz-Naxçıvan" xorvatiyalı müdafiəçi transfer etdi
  • Dünən, 15:56
    ABŞ və Kabo Verdedən hərəyə iki oyunçu - DÇ-nin rəmzi komandası
  • Dünən, 15:35
    Milli komandada yeni müqavilə
  • Dünən, 15:14
    "Zirə" Konfrans Liqasında ev oyunlarını 1400 yerlik stadionda keçirəcək - RƏSMİ
  • Dünən, 14:51
    Millimizin rəqibləri məlum oldu - DÇ
  • Dünən, 14:30
    Klubunda hamını arxada qoydu
  • Dünən, 13:59
    "Mərhələ iki oyundan ibarətdi, hər şey baş verə bilər" - Valdas Dambrauskas
  • Dünən, 13:28
    Doğma klubuna qayıtdı
  • Dünən, 13:07
    “Hər mərhələ fərqli yanaşma tələb edir” - Antonellinin özünəinamı artıb
  • Dünən, 12:56
    Qüdrətli PSV və qalan iştirakçılar
  • Dünən, 12:45
    FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
  • Dünən, 12:34
    Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
  • Dünən, 12:23
    Kartal “Fənərbaxça”ya qayıtdı
  • Dünən, 12:12
    Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
  • Dünən, 12:01
    Messi rekordu yeniləyəcəkmi?
  • Dünən, 11:50
    ÇSKA "Qarabağ"la oynamaqdan imtina etdi
Daha çox
Oxunub: 283
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 251
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 246
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə