“Elçe”də gözlənilən istefa rəsmiləşib: baş məşqçi Fransisko Rodrigeslə yollar ayrılıb.
İspaniya klubunun rəsmi saytının məlumatında 44 yaşlı mütəxəssisin uğursuz nəticələrə görə istefaya göndərildiyi bildirilib. La Liqanın ilk 7 turundan sonra yalnız 1 xal toplayan komanda sonuncu - 20-ci yerdədi.
Rodriges “Elçe”yə 2021-ci ilin noyabrında təyinat almışdı. Komanda onun başçılığı altında La Liqada son mövsümü 13-cü yerdə başa vurmuşdu.