Yığmanın seçmə mərhələdi oyunlarıyla əlaqədar ölkə çempionatında 2 həftəlik fasilə yaranıb.
Bu müddətdə klubların planları maraq doğurur. "Football-plus.az" saytı olaraq "Şamaxı"nın planlarını klubun mətbuat katibi Yusif Hüseynovdan soruşduq:
"Çempionatımızda yaranan fasiləylə bağlı futbolçularımıza istirahət vermişik. Martın 22-də Şamaxıda toplaşacağıq. Ayın 25-də yoxlama matçı keçirməyi planlaşdırırıq. Rəqibin kimliyinə aydınlıq gəlməyib. Amma böyük ehtimalla oyun Bakıda baş tutacaq. 26-da istirahət edəcəyik. Bir gün sonra yenidən Şamaxıda hazırlığı davam etdirəcəyik".
ABDULLA İSMAYILOĞLU