Portuqaliya çempionatında yeni rekord qeydə alınıb.
"Football-plus.az" xəbər verir ki, “Portu” şənbə günü mövsümün son turunun oyununda “Eştoril”ə 2:0 hesabı ilə qalib gəlib. Serjio Konseysaonun çalışdırdığı komanda mövsümü 91 xalla başa vurub. Bu, ölkə çempionatında yeni rekorddu.
Xatırladaq ki, “Portu” sona bir tur qalmış tarixində 30-cu dəfə çempion olmuşdu.