"Liverpul"un futbolçusu Portuqaliya millisindən imtina etdi

16.11.2022 10:52 311
Dünya futbolu
"Liverpul"un yarımmüdafiəçisi Fabio Karvalyo noyabrda keçiriləcək toplanış üçün Portuqaliyanın 21 yaşadək futbolçulardan ibarət komandasına çağırışdan imtina edib.

"Football-plus.az" xəbər verir ki, o, toplanışa gəlməyəcəyini SMS-lə bildirib.

Qeyd edək ki, Portuqaliya yaxın günlərdə Çexiya və Yaponiya ilə yoldaşlıq oyunları keçirəcək.