Bir sıra KİV-in yaydığı xəbərə görə, o, yanvarda Fransadakı imtahanlarını bəhanə edərək Portuqaliya klubunun rəhbərliyindən icazə alıb. 21 yaşlı futbolçu indiyə kimi klubun düşərgəsinə qayıtmayıb. İsaak hətta komandadan heç kimlə əlaqə saxlamayıb. “Akademika de Koimbra”nın baş məşqçisi Migel Karvalyo gənc oyunçunun bu hərəkəti ilə bağlı belə deyib:
“İsaak əyləncəli, sürətli, yüksək səviyyəli hücumçudu. Ancaq onun müəyyən vaxta ehtiyacı var idi. Klubun düşərgəsini çoxdan tərk edib və qayıdıb-qayıtmayacağı ilə bağlı məlumatımız yoxdu”.
Droqbanın ailəsi isə başverənlərlə bağlı hər hansı açıqlama verməyib. Qeyd edək ki, İsaak Portuqaliya klubu ilə 2021-ci ilin sentyabrında müqavilə bağlayıb.


