• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Trabzonspor”da Avcı dönəmi nə ilə yadda qaldı? - TƏHLİL

Dünya futbolu

13-03-2023, 15:0

Son 10 mövsümün 6-da çempion olan məşqçi klubundan ayrılıb

Cəmi 10 ay əvvəl “Trabzonspor” fanatları bəlkə də dünyada ən xoşbəxt insanlar idi. Komanda 38 illik həsrətə son qoyub çempion olandan sonra trabzonluların çempionluq tədbirində yaratdıqları gözəl mənzərə bütün dünyada gündəm olmuşdu. Amma komandanın Türkiyə futbolundakı hegemonluğu uzun çəkmədi. Mövsümün sonuna təxminən 3 ay qalsa da, komanda ölkə kubokundan başqa bütün turnirlərdən əlini üzüb. Son bir həftə trabzonlular üçün kabus kimi keçdi. Martın 3-də başqan Ahmet Ağaoğlu istefa verdisə, 1 gün sonra debütant “Ümraniyəspor”a 1:2 hesablı məğlubiyyətlə komandanın superliqada evdəki 36 oyunluq məğlubiyyətsiz seriyası qırıldı. Əsas xəbər isə martın 7-də gəldi. Uğursuz nəticələrə görə zatən üzərində böyük təzyiq olan baş məşqçi Abdulla Avcı yeni rəhbərliyin önünü açmaq üçün istefa vermək qərarına gəldi. 59 yaşlı mütəxəssis sosial şəbəkədəki səhifəsində olduqca duyğusal bir vida mesajı yazaraq istefasını rəsmən açıqladı. Xatırladaq ki, Avcı bu vəzifəyə 2020-ci il noyabrın 10-da gəlmişdi. İlk mövsümdə 17-ci yerdə qəbul etdiyi komandanı 4-cü pilləyə qədər yüksəltməklə diqqəti çəkən mütəxəssis həm “Trabzonspor”da, həm də məşqçi karyerasında ən böyük uğurunu 2021/22-də qazandı. Məhz bu tarixi çempionluq üzündən Avcının klubdakı dönəmi daim uğurlu şəkildə xatırlanacaq. Çempionluqdan başqa qaradənizlilər bu məşqçi ilə iki dəfə ölkə superkubokuna da sahib çıxdılar. Yəni 28 aylıq dönəm üç titulun qazanılması ilə nəticələndi. Ümumilidə “bordo-mavililər” Avcının dönəmində keçirdikləri 116 rəsmi oyundan 65 qələbə, 29 heç-heçə, 22 məğlubiyyətlə ayrılmış oldular. Çempionat çərçivəsində komanda 93 oyundan 52 qələbə, 28 heç-heçə, 13 məğlubiyyətlə ayrılaraq orta hesabla hər oyunda 1,98 xal toplamış oldu. Bu, “Trabzonspor” tarixində ən azı 25 oyuna çıxan məşqçilər arasında ən yaxşı ikinci göstəricidi. Lider Şenol Günəşdi (2).

İndi bütün diqqətlər yeni məşqçinin axtarışına yönəlib. Ahmet Ağaoğlunun istefasından sonra onun səlahiyyətlərini müvəqqəti icra edən və artıq prezidentliyə namizədliyini rəsmən irəli sürən vitse-prezident Ərtuğrul Doğan bəzi məşqçilərlə görüşüb. Qısaca qeyd edək ki, bir neçə daşınmaz əmlak şirkətinə malik olan 45 yaşlı Doğan 2018-ci ildən klubdadı. Onun əsas namizədi Sərgən Yalçındı. Amma 15 aydı işsiz olan və ən son “Konyaspor”un təklifini geri çevirən Sərgən “TV100” kanalına verdiyi qısa açıqlamada “Trabzonspor”dan heç bir təklif almadığını deyib. Yalçın daha öncə 2000/01 mövsümündə futbolçu kimi “Trabzonspor”un şərəfini qoruyub. Sərgəndən başqa yerlilər məşqçilərdəın İlhan Palut, Çağdaş Atan, Fatih Təkkə, Ünal Karaman, əcnəbilərdən isə Slaven Biliç və Cennaro Qattuzonun adı namizədlər arasında hallanır.

Yeri gəlmişkən, Avcının istefasından sonra Türkiyə futbolunda yaşanan qəribə tendensiya yenidən müzakirə mövzusuna çevrilib. Söhbət son çempion statusunda olan məşqçilərin işini itirməsindən gedir. Ardıcıl 3-cü, son 10 mövsümdə isə 6-cı dəfə çempion məşqçi klubundan ayrıldı! Bu qəribə tendensiyanın əsası 2013/14-də qoyulub. 2012/13-də “Qalatasaray”la ardıcıl 2-ci, məşqçi karyerasında 6-cı çempionluğunu qazanan Terim o dönəmin başqanı Ünal Aysal ilə fikir ayrılığı üzündən 2013/14-ün 5-ci turunda istefaya göndərildi. 2013/14-də “Fənərbaxça”ya çempionluq yaşadan Ərsun Yanal növbəti mövsüm başlamamış Əziz Yıldırım tərəfindən qovuldu. 2014/15-də “Qalatasaray”a tarixinin 20-ci çempionluğunu qazandıran Həmzə Həmzəoğlu 2015/16-nın 11-ci turunda istefaya göndərildi. Sonrakı 4 mövsüm bu baxımdan sakit keçdi. Hərəyə 2 çempionluq qazanan Şenol Günəşlə Fatih Terim öz vəzifələrində qaldılar. Amma 2020/21-dən etibarən yenə çempion məşqçilər sanki lənətlənməyə başlandı. Əvvəlcə Okan Buruk “İstanbul BŞ”dən, sonra Sərgən Yalçın “Beşiktaş”dan, indi də Avcı “Trabzonspor”dan ayrıldı.

Yəni son 10 ildə Türkiyə futbolunda çempion olandan sonra ayrılmayan yalnız iki məşqçi var: Günəş və Terim!

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

8-03-2023, 19:0

Bu da son: ''Trabzonspor''da Avcı dönəmi başa çatdı!

Dünya futbolu

1-05-2022, 12:0

''Trabzonspor'' 38 illik həsrətə son qoydu

Dünya futbolu

5-03-2023, 13:0

“Trabzonspor”da 5 illik Ağaoğlu dönəmi başa çatdı!

Dünya futbolu

7-02-2023, 17:0

“Qalatasaray” – “Trabzonspor” matçı ilə bağlı maraqlı MƏQAMLAR

Dünya futbolu

13-01-2023, 19:0

Türkiyədə “son çempion” lənəti davam edir

Aktual
“Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
H
"Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
"KuPS-u məğlub edəcək gücdəyik" - Coy-Lens Mikels
“Sabah” – KuPS matçına satılan bilet sayı – Masazır əhli stadionu doldura biləcəkmi?
Bəs sən “Qarabağ”ın oyununa bilet almısan? - Avropanı yenə təəccübləndirək!
Son xəbərlər
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:49
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 22:15
    İbrahimoviç astronomik transfer məbləğlərini tənqid etdi
  • Dünən, 22:01
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:07
    Mövsümün əvvəlini buraxa bilər
  • Dünən, 19:13
    "Amma bunu meydançada sübut etmək lazımdı" - Valdas Dambrauskas
  • Dünən, 18:48
    “Heç kimlə danışıq aparmamışam” – Elmar Baxşıyev yığmada?
  • Dünən, 18:22
    “Karvan-Yevlax” qapıçı transfer etdi
  • Dünən, 17:56
    H
  • Dünən, 17:30
    "Real danışmaq lazımdırsa, cütün favoriti “Sabah”dı"
  • Dünən, 16:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 16:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
  • Dünən, 16:30
    "KuPS-u məğlub edəcək gücdəyik" - Coy-Lens Mikels
  • Dünən, 16:07
    Hamını arxada qoydu
  • Dünən, 15:36
    "Zirə" yamaykalı vinger transfer etdi
  • Dünən, 15:24
    "Qarabağ"ın da potensial rəqibi bəlli oldu
  • Dünən, 14:59
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 14:13
    "Sabah"ın potensial rəqibi müəyyənləşdi - ÇL
  • Dünən, 14:06
    “Sabah” – KuPS matçına satılan bilet sayı – Masazır əhli stadionu doldura biləcəkmi?
  • Dünən, 13:58
    "Turan Tovuz" üçün yeni rəqib
  • Dünən, 13:08
    Bəs sən “Qarabağ”ın oyununa bilet almısan? - Avropanı yenə təəccübləndirək!
  • Dünən, 12:31
    “Neftçi” və “Zirə”nin potensial rəqibləri azaldı
  • Dünən, 12:04
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 11:33
    "Sabah"la "Qarabağ"ın potensial rəqibləri bilindi - Avropa Liqası
  • Dünən, 11:13
    "Sabah"ın potensial rəqibi müəyyənləşir
  • Dünən, 11:02
    “Neftçi” də qoşuldu: dörd klubumuzun yol xəritəsi
  • Dünən, 10:31
    “Neftçi”nin yeni mövsüm üçüncü forması – “Bakı”
  • Dünən, 10:00
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 02:03
    İspaniya ikinci dəfə dünya çempionu oldu! - DÇ gecəsi
  • Dünən, 00:17
    Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
  • 19-07-2026, 23:0
    Əvvəlki klubuna qayıdacaq
  • 19-07-2026, 23:0
    Hansı klub yerli futbolçulara daha çox şans verdi?
  • 19-07-2026, 22:0
    "Heyətin gücləndirilməsinə ehtiyac var" - Kaxaber Sxadadze
  • 19-07-2026, 22:0
    Lissabondan Madridə üz tutdu
  • 19-07-2026, 21:0
    Millimiz çempion oldu
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 228
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 183
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 156
“Nyu Seynts” – “Sabah” matçının yayın problemi aradan qalxdı! – necə?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 129
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə