• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Lider uzaqlaşdı, “Qəbələ” 4-cü pilləyə yaxınlaşdı - TURUN ŞƏRHİ

Premyer-liqa

22-02-2023, 14:0

Premyer-liqanın 23-cü turunu geridə qoyduq.

Heç şübhəsiz, sürprizin ünvanı Masazırdı. Çempionluq yolunda “Qarabağ”ı qarabaqara izləyən “Sabah” evdə “Turan Tovuz”a boyun əyməklə çoxlarını təəccübləndirdi. Onu da qeyd edək ki, cari mövsümdə “bayquşlar” öz meydanında heç kimə uduzmamışdı. Tovuzluların isə qələbə seriyası davam edir. Onlar ardıcıl üçüncü matçı da 3 xalla başa vurdu. Maraqlıdı ki, Abbasovun çalışdırdığı komanda bu oyunların heç birində qapısında qol görməyib.

Turun mərkəzi oyunu isə Zirədə keçirildi. Qış fasiləsindən sonra meydana çıxdığı 4 qarşılaşmanın 3-də məğlub olan “Zirə” həftəiçi Konfrans Liqasında oyun keçirən “Qarabağ”la görüşdə uğursuzluğa son qoymaq istəyirdi. İnsafən, Rəşad Sadıqovun komandası liderə qarşı heç də pis oyun sərgiləmədi. Ancaq son dəqiqələrdə gələn avtoqol “qaratallar”ı növbəti dəfə xalsız qoydu. Qəsəbə təmsilçisinin bu məğlubiyyəti bir gün əvvəl “doğma divarlar” arasında “Sumqayıt”ı yenən “Qəbələ”nin işinə yaradı. “Qırmızı-qaralar” “kimyaçılar” üzərində qələbə ilə həm hesabına 3 xal yazdırdı, həm də 4-cü pillədəki “Zirə” ilə xal fərqini 1-ə endirdi. Ötən dəfə qeyd etdiyimiz kimi, Rəşad Sadıqov vaxtında komandasını toparlaya bilməsə, “Zirə”nin avrokuboklara yollanması çətin olacaq.

Son üç oyunda qol buraxmayan “Neftçi” “Səbail”lə matçda da qapısını toxunulmaz saxlamağı bacardı. “Bakcell Arena”da baş tutan görüşdə meydan sahibləri, demək olar ki, çətinlik çəkmədən qalib gəldi. “Ağ-qaralar”ın kapitanı Emin Mahmudov penaltidən fərqlənməklə mövsümdə 11-ci qolunu vurdusa, Mateus Saldanya yeni komandasında 4-cü oyunda 2-ci dəfə fərqləndi.

Gəncədə premyer-liqanın autsayderləri üz-üzə gəlsə də, azarkeşlər çox maraqlı, məhsuldar oyun izlədi. Son vaxtlar düşərgəsində gərginlik yaşanan “Kəpəz” üçün “Şamaxı” ilə görüş həyati önəm daşıyırdı. Kuluarlarda gəzən söz-söhbətə görə, “sarı-göylər” məğlub olacağı təqdirdə baş məşqçi Tərlan Əhmədov istefaya göndəriləcəkdi. Ancaq yetirmələri onun üzünü agartdılar. Qonaqlar iki dəfə hesabı bərabərləşdirsə də, bundan artığına gücləri çatmadı və “Kəpəz” oktyabrın 10-na təsadüf edən “Səbail”lə görüşdən sonra ilk qələbəsini qazandı.

Misli premyer-liqası
3-cü dövrə, 23-cü tur

17 fevral

Kəpəz – Şamaxı 3:2

18 fevral
Qəbələ - Sumqayıt 2:1
Neftçi – Səbail 3:0

19 fevral
Sabah – Turan Tovuz 0:2
Zirə - Qarabağ 0:1

1. Qarabağ 23 19 4 0 57-13 61
2. Sabah 23 16 5 2 50-16 53
3. Neftçi 23 15 3 5 41-21 48
4. Zirə 23 9 5 9 25-31 32
5. Qəbələ 23 8 7 8 26-26 31
6. Turan Tovuz 23 7 5 11 19-27 26
7. Sumqayıt 23 4 6 13 15-38 18
8. Kəpəz 23 3 8 12 22-43 17
9. Şamaxı 23 3 7 13 19-37 16
10. Səbail 23 4 4 15 17-39 16

Bombardirlər: Musa Qurbanlı (Qarabağ) – 16, Ramil Şeydayev (Qarabağ) – 15, Coy-Lens Mikels (Sabah) – 12, Emin Mahmudov (Neftçi) – 11.
Növbəti turun oyunları: 24 fevral – Turan Tovuz – Zirə, Səbail – Qəbələ; 25 fevral – Şamaxı – Sabah, Sumqayıt – Kəpəz; 27 fevral – Qarabağ – Neftçi.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Manşet

7-02-2023, 14:0

Autsayder dəyişdi, “Sabah” liderə yaxınlaşdı - TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

25-10-2022, 15:0

“Sabah” “Qarabağ”ın “yaxasından əl çəkmir” - TURUN ŞƏRHİ

Premyer-liqa

14-02-2023, 16:0

“Zirə” uğursuzluq zolağından çıxa bilmir - TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

1-11-2022, 13:0

“Turan Tovuz” “avrokubok zonası”na yaxınlaşır - TURUN ŞƏRHİ

Premyer-liqa

2-02-2023, 15:0

“Zirə” “Neftçi”yə yaxınlaşmaq fürsətini qaçırdı – TURUN ŞƏRHİ

Aktual
Mezzotero asan qol vurdu, amma vurdu da!
“Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
“Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
“Difai” 2-ci liqadan çəkiləcək?
"...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
Son xəbərlər
  • Dünən, 23:58
    "Qalib gəlmək və mövsümü yüksək əhval-ruhiyyə ilə bitirmək istəyirik" - Cəlal Hüseynov
  • Dünən, 23:17
    Hacı Əliyev milliyə məşqçi təyin edildi
  • Dünən, 22:46
    Fizuli Məmmədov "Şahdağ Qusar"da
  • Dünən, 22:35
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 22:01
    Mezzotero asan qol vurdu, amma vurdu da!
  • Dünən, 21:39
    Ayxan Abbasov: "Abdulla ilə Anton millinin ən intizamlı futbolçularıdı"
  • Dünən, 21:11
    "Şamaxı"nın yay hazırlıq planı məlum oldu
  • Dünən, 20:59
    London klubunda gözlənilməz istefa
  • Dünən, 20:28
    Dünya çempionatını buraxacaq
  • Dünən, 19:57
    Parisi tərk edəcək
  • Dünən, 19:36
    Şimali Makedoniya - Azərbaycan matçının hakimləri
  • Dünən, 19:15
    Milandan Turinə yollana bilər
  • Dünən, 18:54
    Slot harda qərar tutacaq?
  • Dünən, 18:23
    “Şəfa”nın yay hazırlıq planı bəlli oldu
  • Dünən, 17:52
    “Kəpəz” azarkeşləri Mahmud Qurbanovu istəyir, o isə susur
  • Dünən, 17:28
    La Liqada hamını qabaqladı
  • Dünən, 16:57
    PFL-dən “CBC Sport”un direktoruna xüsusi hədiyyə
  • Dünən, 16:26
    Bundestimdə itki
  • Dünən, 15:55
    Levi səhmlərin bir hissəsini satdı
  • Dünən, 15:24
    Dünya çempionatında oynaya bilməyəcək
  • Dünən, 14:53
    Premyer-liqada mövsümün ən yaxşı 10 qolu - VİDEO
  • Dünən, 14:32
    Liverpuldan Londona yollandı
  • Dünən, 14:11
    “Məğlub olmuşuqsa, deməli, çatışmayan cəhətlər var” – Şahin Diniyev
  • Dünən, 13:50
    Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
  • Dünən, 13:29
    Florensiyanı tərk etdi
  • Dünən, 12:58
    “Gələn il Çempionlar Liqası üçün qayıdacağıq” - “Arsenal”ın qələbə paradına milyona yaxın azarkeş qatıldı
  • Dünən, 12:37
    “Gucci” “Alpin”ə ildə 50 milyon dollar verəcək! - dəb evi də “Formula-1” dünyasına ayaq açdı
  • Dünən, 12:16
    Vembanyama niyə ağladı?
  • Dünən, 11:55
    Premyer-liqanın tarixinə düşdü
  • Dünən, 11:34
    "Şəfa" yayın ilk transferini etdi
  • Dünən, 11:13
    “Difai” 2-ci liqadan çəkiləcək?
  • Dünən, 10:52
    Şəhriyar Məmmədyarov qələbə qazandı - “UzChess Cup”
  • Dünən, 10:31
    “Veqas” final seriyasına qələbə ilə başladı
  • Dünən, 10:00
    "...məvaciblərinin artırılmasını istəyirlər" - Azər Bağırov "Şamaxı"dakı "yarpaq tökümü"nün səbəbini açıqladı
  • Dünən, 08:31
    Xaçmazda regional turnir başa çatdı
Daha çox
Oxunub: 721
"Qarabağ"dan nəhəng transfer - daha heç kim "köhlən atlar"a bata bilməyəcək?
Oxunub: 253
"Turan Tovuz"un avrokuboklardan kənarlaşdırılmasıyla bağlı detallar - klubdan yeni açıqlama gəldi!
Oxunub: 251
“Zirə” də Konfrans Liqasından imtina edərsə...” - Yaşar Seyidov vacib məsələyə aydınlıq gətirdi
Oxunub: 226
Nəsimi Paşayev: "Yazılanların hamısı dezinformasiyadı" - "Turan Tovuz" avrokuboklara buraxılacaq?
Oxunub: 214
“Baş məşqçi vətənindədi, nə vaxt qayıdacağını bilmirəm” – “Neftçi” nə edir?
Oxunub: 168
Zaur Ramazanov yalnız ayın 10-dan sonra danışacaq! – “Xəzər Lənkəran” üçün smeta qurur?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə