• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Zirə” “Neftçi”yə yaxınlaşmaq fürsətini qaçırdı – TURUN ŞƏRHİ

Premyer-liqa

2-02-2023, 15:0

Hesabat turunun ilk oyunu Sumqayıtda keçirildi.

Football-plus.az xəbər verir ki, qış fasiləsindən sonra keçirdiyi ilk oyunda uduzan iki komanda məhz bu şəhərdə üz-üzə gəldi. İlk yarı bərabər səviyyədə keçdi ki, bu da hesabda 'ksini tapdı. “Sumqayıt”ın 28-ci dəqiqədə vurduğu qola “Turan Tovuz” hissənin əsas vaxtının sonuna 5 dəqiqə qalmış cavab verdi. Fasilədən sonra isə meydanda diqtə edən tərəf “kimyaçılar” oldu. Samir Abasovun komandası daha rəngarəng hücumlar qurur, topa nəzarət edirdi. Bunun məntiqi nəticəsi kimi sumqayıtlılar 2-ci yarıda daha bir dəfə fərqlənməklə 2023-də ilk qələbəsini rəsmiləşdirdi. Qələbə sayəsində “kimyaçılar” turnir cədvəlində bir pillə irəliləməklə 8-ci pilləyə yüksəldi. Tovuzlular isə fasilədən əvvəl yığdığı xallar hesabına hələ də 6-cı yerdəki mövqeyini qoruyur. Ayxan Abbasovun komandasını növbəti turda çətin Şamaxı səfəri gözləyir.

“Şamaxı”dan söz düşmüşkən, Vüqar Əsgərli – Cavid Hüseynov tandeminin çalışdırdığı komanda lider “Qarabağ”ın qonağı oldu. Oyundan əvvəl, demək olar, hamı ağdamlıların asan qələbə qazanacağını güman edirdi ki, proqnozlar özünü doğrultdu. “Qarabağ” mövsümdə 18-ci qələbəsini qazanmaqla liderliyini davam etdirir. Çempionatın və komandanın bombardiri Ramil Şeydayev “şirlər”lə görüşdə fərqlənə bilməsə də, bombardirlik yarışında onu qarabaqara izləyən Musa Qurbanlı adını tabloya yazdırmağı bacardı. Artıq Ramili Musadan bir top ayırır. Böyük ehtimalla “Qarabağ” mövsümün sonunda 10-cu çempionluğu qazanaraq, formasına ikinci ulduzu həkk etdirəcək. İndi əsas sual “ən sərrast futbolçu” adını kimin qazanacağıdı. “Şamaxı” isə adlı-sanlı rəqibə boyun əysə də, əzmkarlığına görə stadiona toplaşanların alqışını qazandı. Təbii ki, alqışa görə 3 xal verilmir. Turu xalsız bitirən bölgə təmsilçisi artıq “Sumqayıt”ın isti nəfəsini kürəyində hiss etməkdədi.

İkinci dövrə başa çatandan sonra “Səbail” in baş məşqçisi postuna dəvət olunan Şahin Diniyev yeni komandasında ilk qələbəsini qazandı. “Dənizçilər” “Kəpəz”i evə əliboş yola saldı. Hərçənd Tərlan Əhmədovun komandası məğlubiyyətə layiq oyun sərgiləmədi. Əksəriyyətin fikrincə, ədalətli nəticə heç-heçə idi. Ancaq “qaliblər mühakimə olunmur” prinsipi əsasında meydan sahiblərinin zəfərinə kölgə salmağa dəyməz. Ötən tur Gəncədə heç-heçə edən “Qəbələ” bu dəfə evdə “Sabah”a böyük hesabla uduzmaqla tərəfdarlarını məyus etdi.

Oyunun “qəhrəmanı”, heç şübhəsiz, Ruan Renato idi. Braziliyalı müdafiəçi ilk yarıda meydandan qovulmaqla komandasını pis vəziyyətdə qoydu. Düzdü, Elmar Baxşıyev oyunsonrası mətbuat konfransında futbolçunun “qırmızı”ya layiq olmadığını, hakimin səhvə yol verdiyini bildirdi. Ancaq bu heç nəyi dəyişmir.

Azlıqda qalan meydan sahibləri təxminən bir saat qonaqların təzyiqinə tab gətirdi. Lakin bundan artığını bacarmadılar. “Tələbələr” son yarım saatda “qırmızı- qaralar”ı üç dəfə meydanın mərkəzinə dəvət etdi. “Bayquşlar”ın ulduzu Coy-Lens Mikels isə Qəbələdə fərqlənməklə bombardirlər yarışından qopmaq niyyətində olmadığını göstərdi. “Sabah”ın 11 qolunda onun imzası var.

Və sonda turun mərkəzi qarşılaşması... “Neftçi” özündən bir pillə aşağıda olan “Zirə”ni qonaq etdi. “Qartallar” qələbə sayəsində “ağ-qaralar”a bir qədər də yaxınlaşa bilərdi. Meydan sahibləri isə qələbə sayəsində əsas izləyicisindən uzaqlaşacaqdı. İlk yarısı qolsuz bitən matçda yeganə qol 2-ci yarının əvvəlində vuruldu. Stankoviç “Neftçi”yə hava-su kimi vacib olan qolu vurmaqla komandasına 3 xal qazandırdı. Yeri gəlmişkən, bu oyunda hər iki komandanın heyətində yeni transferlər debüt etdi. “Neftçi”dən Saldanyanın “qazancı” sarı vərəqə oldusa, “Zirə”dən Gerye, ümumiyyətlə, meydandan qovuldu. 75-ci dəqiqədə qarşısında ikinci “sarı”nı görən haitili növbəti turda “Qəbələ” ilə oyunu buraxmaq məcburiyyətindədi ki, bu da Rəşad Sadıqovun planlarına
təsirsiz ötüşməyə bilməz. “Neftçi” qələbə sayəsində “Zirə”ni artıq 10 xal qabaqlayır ki, bu da ciddi fərqdi.

Misli premyer-liqası

3-cü dövrə
20-ci tur

30 yanvar
Sumqayıt – Turan Tovuz 2:1

31 yanvar
Qarabağ – Şamaxı 3:1
Səbail – Kəpəz 1:0

1 fevral
Qəbələ - Sabah 0:3
Neftçi – Zirə 1:0

1. Qarabağ 20 18 2 0 54-11 56
2. Sabah 20 15 4 1 45-13 49
3. Neftçi 20 13 2 5 36-21 41
4. Zirə 20 9 4 7 23-26 31
5. Qəbələ 20 7 5 8 22-23 26
6. Turan Tovuz 20 4 5 11 14-27 17
7. Şamaxı 20 3 7 10 17-32 16
8. Sumqayıt 20 3 6 11 13-34 15
9. Səbail 20 3 4 13 15-32 13
10. Kəpəz 20 2 7 11 18-38 13

Bombardirlər: Ramil Şeydayev (Qarabağ) – 15, Musa
Qurbanlı (Qarabağ) – 14, Coy-Lens Mikels (Sabah) – 11.
Növbəti turun oyunları: 4 fevral – Kəpəz – Qarabağ;

5 fevral – Zirə - Qəbələ, Neftçi – Sumqayıt;
6 fevral – Şamaxı – Turan Tovuz, Sabah – Səbail.

RƏŞAD

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

12-10-2022, 21:0

“Səbail” autsayderlər qrupundan uzaqlaşdı - TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

1-11-2022, 13:0

“Turan Tovuz” “avrokubok zonası”na yaxınlaşır - TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

17-12-2022, 22:0

Lider fərqi artırdı, autsayder dəyişdi - TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

6-12-2022, 13:0

Çempion fərqi artırdı - TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

27-12-2022, 13:0

Liderlər fasiləyə itkisiz yollandı - TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

6-09-2022, 13:0

Lider büdrədi, “Neftçi” xal fərqini azaltdı - TURUN ŞƏRHİ

Aktual
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
Son xəbərlər
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    "Sabah"dan minimalhesablı qələbə - YENİLƏNİB
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Dünən, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Dünən, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Dünən, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Dünən, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Dünən, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Dünən, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Dünən, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Dünən, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Dünən, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Dünən, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Dünən, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Dünən, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Dünən, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Dünən, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Dünən, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Dünən, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Dünən, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Dünən, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Dünən, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • 20-07-2026, 23:0
    Doğma klubuna qayıtdı
  • 20-07-2026, 22:0
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 186
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 163
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə