• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Turan Tovuz” “avrokubok zonası”na yaxınlaşır - TURUN ŞƏRHİ

Premyer-liqa / Manşet

1-11-2022, 13:0

Rəqiblərindən bir oyun az keçirən, bununla belə, yüzfazilik nəticə ilə turnir cədvəlinin zirvəsində qərarlaşan “Qarabağ” 12-ci turda da azarkeşlərini sevindirdi.

Football-plus.az xəbər verir ki, Qurban Qurbanovun komandası bu dəfə “Şamaxı”nı böyük hesabla yendi. Musa Qurbanlının dubl etdiyi görüşdə bütün qollar 2-ci hissədə vuruldu. Bu qələbə sayəsində xal sayını 33-ə çatdıran “köhlən atalar”la ikinci pillədəki “Sabah” arasında xal fərqi 2-yə bərabərdi.

“Sabah”dan söz düşmüşkən, mükafatçılar sırasına düşməyə iddialı komanda az qala “Qəbələ” ilə qarşılaşmada xal itirəcəkdi. İlk yarıda hesabda geri düşən meydan sahibləri yalnız 63-cü dəqiqədə “status-kvo”nu bərpa edə bildi. “Sabah”a 3 xal gətirən qolu isə 90+3-cü dəqiqədə Davit Volkov vurdu. Bu qələbə sayəsində Murad Musayevin komandası ikinci pillədəki mövqeyini qorudu. Yuxarıda qeyd etdiyimiz kimi, “Qarabağ”dan 2 xal geri qalan “tələbələr” 3-cü pillədə olan “Neftçi”dən 6 xal irəlidədi. Masazırda keçirilən görüş bir daha Elmar Baxşıyevin çalışdırdığı “qırmızı-qaralar”ın enişdə olduğunu ortaya qoydu. Bölgə təmsilçisi buna nöqtə qoya biləcəkmi? Bu suala növbəti turda – “Zirə” ilə matçda aydınlıq gələcək.

"Neftçi" bu mövsümdə səfərdə ilk böyükhesablı qələbəsini Zirədə qazandı. Bakıətrafı qəsəbəyə qonaq gedən “ağ-qaralar” heç də özünü qonaq kimi aparmadı. Matçın əvvəlində rəqibini meydanın mərkəzinə dəvət edən bakılılar bir də 2-ci hissənin sonlarına yaxın coşdu. Rəşad Sadıqovun çalışdırdığı komanda isə, yenilməsinə baxmayaraq, tunur cədvəlindəki mövqeyini əldən vermədi. “Qartallar” mövsümdəki 5-ci məğlubiyyətdən sonra da “avrokubok zonası”ndadı.

“Kəpəz” Tərlan Əhmədovun gəlişindən sonra 2-ci qələbəyə sevindi. “Sarı-göylər” “doğma divarlar” arasında “Səbail”ə 3 cavabsız qolla qalib gəldi. Yeri gəlmişkən, gəncəlilər komandalarının premyer-liqada qələbəsini görmək üçün təxminən 4 il gözləməli oldu. Maraqlıdı ki, "Kəpəz" doğma şəhərdə son qələbəni də məhz “dənizçilər” üzərində qazanmışdı. Bu, 2017/08-də - Yunis Hüseynovun baş məşqçiliyi dövründə qeydə alınıb. 2018-ci il martın 3-də "Səbail"i 2:1 hesabıyla məğlub edən gəncəlilər ardından qələbəyə həsrət qalıb və yekunda son pilləni tutaraq 1-ci diviziona düşüb.

Turun açılış oyunu isə Tovuzda keçirildi. “Turan Tovuz” “Sumqayıt”ın qapısına 88-ci dəqiqədə yol tapdı. Hazırda hesabında 15 xal olan “boz qurdlar” ən yaxın izləyicisi “Səbail”i 5 xal qabaqlayır, 5-ci pillədəki “Qəbələ”dən isə 2 xal geri qalır. “Sumqayıt”ın qələbəsiz seriyası artıq 12 oyuna çatdı. 12 oyuna cəmi 2 qol vurması da komandanın bərbad durumundan xəbər verir. Bir sözlə, Samir Abasov da hələ ki papağını günə yandırır.

Misli premyer-liqası
2-ci dövrə, 12-ci tur
28 oktyabr
Turan Tovuz – Sumqayıt 1:0
29 oktyabr
Kəpəz – Səbail 3:0
Zirə - Neftçi 0:3
30 oktyabr
Şamaxı – Qarabağ 0:4
Sabah – Qəbələ 2:1
1. Qarabağ 11 11 0 0 35-7 33
2. Sabah 12 10 1 1 28-10 31
3. Neftçi 12 8 1 3 24-12 25
4. Zirə 12 6 1 5 15-20 19
5. Qəbələ 12 5 2 5 16-13 17
6. Turan Tovuz 11 4 3 4 9-13 15
7. Səbail 12 2 4 6 11-17 10
8. Kəpəz 12 2 2 8 10-26 8
9. Şamaxı 12 0 4 8 5-20 4
10. Sumqayıt 12 0 4 8 2-17 4
Bombardirlər: Ramil Şeydayev, Musa Qurbanlı (hər ikisi “Qarabağ”) – 10, Coy-Lens Mikels (Sabah) – 7.
Növbəti turun oyunları: 4 noyabr – Turan Tovuz – Şamaxı; 5 noyabr – Sumqayıt – Neftçi, Qəbələ - Zirə; 6 noyabr – Səbail – Sabah, Qarabağ – Kəpəz.
RƏŞAD

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Yazarlar

20-09-2022, 22:0

Kiçik fasiləyə fərqli əhval-ruhiyyədə - TƏHLİL

Premyer-liqa / Manşet

25-10-2022, 15:0

“Sabah” “Qarabağ”ın “yaxasından əl çəkmir” - TURUN ŞƏRHİ

Aktual
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
Son xəbərlər
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    "Sabah"dan minimalhesablı qələbə - YENİLƏNİB
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Dünən, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Dünən, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Dünən, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Dünən, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Dünən, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Dünən, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Dünən, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Dünən, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Dünən, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Dünən, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Dünən, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Dünən, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Dünən, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Dünən, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Dünən, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Dünən, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Dünən, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Dünən, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Dünən, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • 20-07-2026, 23:0
    Doğma klubuna qayıtdı
  • 20-07-2026, 22:0
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 185
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 161
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə