Antonio Konte Çempionlar Liqasının 1/8 final mərhələsinin “Milan”la səfər oyunundan (0:1) sonra İtaliyada qalmalı olub. Bu barədə London klubu məlumat yayıb.
“Tottenhem”in bu yaxınlarda öd kisəsinin çıxarılması üçün əməliyyat olunan baş məşqçisinin səhhəti hələ də tam qaydasına düşməyib. Klubun məlumatında belə bildirilib:
“Antonio Konte tam sağalmaq üçün İtaliyada ailəsinin evində qalacaq. Sağlamlıq ən vacib nemətdi və klubdakı hər kəs ona ən yaxşısını arzulayır. Köməkçi-məşqçi Kristian Stellini müvəqqəti olaraq əsas komandanın baş məşqçisi vəzifəsini icra edəcək”.