Antonio Konte İngiltərənin paytaxtı Londona qayıdıb.
Football-plus.az xəbər verir ki, italiyalı mütəxəssis bir neçə gün əvvəl öd kisəsinin çıxarılması üçün əməliyyat olunmuşdu.
Yerli mənbələr “Tottenhem”in baş məşqçisinin tam sağalmasının bir qədər vaxt aparacağını, bu səbəbdən onun bu gün “Lester”lə premyer-liqanın səfər matçında texniki zonada görünmək ehtimalının az olduğunu vurğulamışdı. Lakin Konte dünən keçirilən məşqdə komandasına rəhbərlik edib. Bu isə 53 yaşlı çalışdırıcının “Lester”lə oyunda futbolçulara göstərişlər verə biləcəyi ehtimalını artırıb.