Konte yeni təklifdən niyə qaçır?

26.12.2022 12:54 293
Dünya futbolu
“Tottenhem”in baş məşqçisi Antonio Konte klubla müqaviləsini yeniləməyə tələsmir.

Football-plus.az xəbər verir ki, bu haqda “Daily Mail” məlumat yayıb.

İngiltərə qəzetinin xəbərinə görə, italiyalı mütəxəssis maliyyə bonusuna baxmayaraq, rəhbərliyin son təklifini geri çevirib. Məlumatda bildirilib ki, Konte öz istəyi ilə yeni oyunçular almaq imkanı əldə etməsə, özünə başqa klubda iş axtaracaq. Xatırladaq ki, o, “Tottenhem”i 2021-ci ilin noyabrından çalışdırır.