"Tottenhem"in baş məşqçisi əməliyyat olunacaq

1.02.2023 17:35 259
Dünya futbolu
"Tottenhem"in baş məşqçisi Antonio Konte əməliyyat olunacaq.

Football-plus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

İtalyan mütəxəssis bu gün öd kisəsinin çıxarılması üçün əməliyyat olunacaq. O, bir müddət işindən kənar qalacaq.

"Tottenhem" Premyer Liqada 5-ci sıradadır.