Konte Londona qayıtsa da...

9.02.2023 18:50 242
Dünya futbolu
Antonio Konte əməliyyat olunduqdan sonra İngiltərənin paytaxtı Londona qayıdıb.

İtaliyalı mütəxəssis bir neçə gün əvvəl öd kisəsinin çıxarılması üçün əməliyyat olunmuşdu. Amma “Tottenhem”in baş məşqçisinin tam sağalması bir qədər vaxt aparacaq. Onun fevralın 11-də “Lester”lə premyer-liqanın səfər matçında texniki zonada görünmək ehtimalı azdı.